AZ

Azərbaycanda vəzifə səlahiyyətlərindən sui-istifadə cinayətləri 52 faiz azalıb

Azərbaycanda qeydə alınmış vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma cinayətləri azalıb. 

Bizim.Media xəbər verir ki, bunu Hərbi prokuror Bəhruz Əhmədov Hərbi Prokurorluqda keçirilən geniş Kollegiya iclasında bildirib.
 

O, qeyd edib ki, vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma cinayətləri 2024-cü ilin birinci yarımili ilə müqayisədə, 2025-ci ilin birinci yarımilində 52,9% azalıb.


Bundan əlavə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma cinayətləri 18,2%, özünü öldürmə həddinə çatdırma cinayətləri isə 50,0% azalıb.

Bizim.Media

Seçilən
3
2
bizim.media

10Mənbələr