AZ

Fars-molla rejiminin çöküşünün yol xəritəsi

İslam Respublikası yaranışından etibarən dini və irqçi (şiə-fars) ritorikanı qəbul edərək çoxmillətli cəmiyyəti öz və qeyri-öz olaraq iki yerə bölüb.

Hakimiyyətə diktə olunan mahiyyət və məqsədlər səbəbindən daxilində fərqli düşüncələrin boğulması, xaricdə isə nifrət yayılması dalğası narazılıq və düşmənçilik yaratdı.

(Azərbaycan, Əhvaz, Kürdüstan, Bəlucistan və Türkmən səhrası) xalqlarının haqlı istəklərinin və qiyamlarının qəddarcasına qırılması, ölkə daxilində müxalifətin basqı altına alınması rejimin idarəsini davam etdirə bildi, amma rejimə heç vaxt təhlükəsizlik və qanuni legitimlik gətirmədi.

Siyasi məhbusların kütləvi qırğını, ədalətsizliyə qarşı gənclərin öldürülməsi, qadınlara və zülm altında olan xalqlara hörmətsiz münasibət, hakimiyyətin bütün təbəqələrində keyfiyyətsizlik və sistemli korrupsiya ... şübhəsiz ki, gec-tez xalqların qəzəbinin partlamasına və rejimin məhv olmasına səbəb olacaq.

İşğalçılara xilaskar kimi baxan xalqların qanlı və acı təcrübəsi mütləq ibrət dərsi olmalıdır.

Təəssüf ki, Azərbaycan milli azadlıq hərəkatı daxilində bəzi casuslar mövcuddur ki, özlərini ucuz qiymətə xarici qüvvələrə satıb və Azərbaycan türkü xalqı adına danışmağa haqqı yoxdur. Xalqımız yaxşı bilir ki, onların şeytani məqsədlərinin arxasında Pəhləviçilər və işğalçılar dayanır. Bu iki qrup xalqımızın və torpağımızın mövcudluğunun düşmənidir.

İsrailin İran hücumu və Qərbin səs-küylü təbliğatı, İslam Respublikasının müharibədə güc balansı yarada bilməməsi və Tehran ətrafında yüksək rütbəli komandirlərin terroru, xalq və mübariz qüvvələr arasında hakimiyyət boşluğu yaranma ehtimalını əsas narahatlığa çevirmişdir. Şübhəsiz ki, hər hansı bir ölkə xarici güc tərəfindən işğal edilərsə və ya despot hakimiyyətə tabe olarsa, gec-tez xalq müqaviməti formalaşar.

Xalq müqaviməti hər ölkədə mədəniyyətə və zülmün növünə görə fərqli formalarda olsa da ümumi olaraq 4 mərhələyə bölünür:

Birinci mərhələ: Xalqın şüurlanması və şifahi etirazların başlanması.

İkinci mərhələ: Fərdi və nizamsız (təşkilatsız) hərəkətlər.

Üçüncü mərhələ: Peşəkar (sənaye və ya siyasi) təşkilatlar daxilində xalqın təşkili və quruluşlaşması.

Dördüncü mərhələ: Mülki müqavimətdən silahlı mübarizəyə qədər ictimai fəaliyyət.

Bu dövr ölkənin coğrafi-siyasi mövqeyindən, beynəlxalq əlaqələrdən, kütlənin siyasi partiyalarla münasibətindən, işğalçıların və ya despot hakimlərin mahiyyətindən və xalq müqavimətinin formasından asılı olaraq qısa, orta və ya uzun müddətli ola bilər. Lakin bəzən, aşağıda izah edəcəyim səbəblərdən hakimiyyət boşluğu yaranır ki, əgər hazırlaşma və təşkilatlanma varsa, qələbə sürətləndirilə və siyasi hakimiyyət ələ keçirilə bilər.

Əgər müqavimət (təşkilatlar və xalq) yaranan böhran və boşluğa qarşı hazır deyilsə, bu, xalq və müqavimət üçün fəlakətli nəticələr doğura bilər.

 

Örnək:

1979 inqilabında Pəhləvi rejiminə qarşı ciddi mübarizə aparan partiyalar və qruplar ağır itkilər vermiş, hakimiyyət boşluğu yarandığı vaxt təcrübəli liderlər (çoxu ya edam olunmuş, ya da həbsdə idi) və onların xalqla əlaqə qura biləcəyi media yox idi. Əksinə, ruhani kəsim məscidlər vasitəsilə xalqla əlaqə saxlayıb xarici güclərin, BBC, ABŞ, İsrail kimi güclü media dəstəyi ilə hərəkatın liderliyini ələ alaraq inqilabın gedişatını dəyişdirdi.

Hakimiyyət boşluğunun aşkarlanması üçün müəyyən əlamətlərə diqqət yetirmək lazımdır:

1. Rəhbərlik səviyyəsində siyasi, iqtisadi, təhlükəsizlik və hərbi siyasətlərin qəbul edilməsində sistemin qeyriqabiliyyəti. (Fərqliliklər var, amma hələ strateji qərarlar qəbul edilməyəcək səviyyədə deyil).

2. Siyasi və hərbi liderlərin ölümü, qaçışı və ya yoxa çıxması. (Bəzi komandirlər öldürülüb, amma rejim əvəzləyicilərə sahibdir).

3. Əsas siyasi, təhlükəsizlik, hərbi və böyük investorların ölkədən qaçışı və ya istefası. (Hələ baş verməyib).

4. Hakimiyyət simvollarının düşməsi və hakimiyyət tətbiqində uğursuzluq:

– Qanunların tətbiqində çətinlik (məsələn hicab qanunu qadın müqavimətinə qarşı effektiv deyil.)

– Xidmətlərin idarəsində (elektrik, su, yanacaq çatışmazlığı) bacarıqsızlıq (hələ buna çatmayıb.)

– Daxili təhlükəsizliyin təmin edilməsində uğursuzluq (nüvə alimləri və yüksək rütbəli komandirlərin terroru, prezidentə və xarici işlər nazirinə sui-qəsdlər və s.)

– Xalqın həyatını qorumaqda uğursuzluq (İsrail təyyarələrinin demək olar ki, maneəsiz uçuşu və yaşayış yerlərinin bombardmanı.)

– Müxalifəti, xüsusilə də sabotaj əməliyyatlarına yönəlmiş infiltrasiyaları nəzarətdə saxlaya bilməmək (bu günlərdə düşmənin necə asanlıqla partlayıcı maddələr və dron istehsal müəssisələri gətirməsini görürük.)

– Milli nüfuzu beynəlxalq arenada qorumaqda acizlik (İslam Respublikası hətta təcavüzə məruz qalmasına baxmayaraq hüquqlarını müdafiə edə və beynəlxalq dəstəyi əldə edə bilmir.)

– Polis və ordunun küçələri nəzarətdə saxlaya bilməməsi (hələ gerçəkləşməyib.)

– Dövlət orqanlarının və hərbi mərkəzlərin xalq və ya döyüşçülər tərəfindən ələ keçirilməsi (bəzən olub, amma hələ geniş və davamlı deyil.)

– Hakimiyyət simvollarının (liderin heykəli, bayraq, plakatlar və s.) endirilməsi və ya məhv edilməsi (bəzi qiyamlarda məhdud miqyasda olub, geniş yayılan deyil.)

– Dövlət institutlarının tam bağlanması və iflic olması (hələ baş verməyib, bütün institutlar işləkdir.)

– Dövlət mediasının dağılması və təbliğat gücünün itirilməsi (Televiziya bombardman olunub, amma rejim təbliğat maşını dağılıb deyə bilmərik.)

– Sərhəd bölgələrində və milli-dini azlıqların yaşadığı yerlərdə nəzarətin itirilməsi (İnqilabın əvvəllərində belə boşluq olub, amma indi belə təhlükəsizlik boşluğu yoxdur.)

– Ölkənin bəzi bölgələrinin idarəetmədən çıxması və komitə və ya şuraların həmin əraziləri idarə etməsi (hələ olmayıb.)

– Genişmiqyaslı, ölkə üzrə, davamlı yüz minlərlə nümayişlər, geniş və davamlı vətəndaş itaətsizliyi, ümumi tətil, şəhər və kəndlərdə silahlı müqavimət (bəzən olub, amma ölkə üzrə davamlı və geniş deyil.)

– Diplomatik əlaqələrin kəsilməsi və hakimiyyətin legitimliyinin tanınmaması (bəzən səfirliklər bağlanıb, amma dünya səviyyəsində rejim qeyri-qanuni sayılmayıb və müxalifət tanınmayıb.)

– Xarici hücum və dövlət idarəetmə sisteminin dağılması (İsrail ilk gündə yüksək rütbəli komandanları öldürüb ciddi zərbə vurub, amma sistem çökməyib, hakimiyyət özünü saxlayır və s. .

Buna görə, bu mərhələdə hakimiyyət boşluğu olduğunu iddia etmək mümkün deyil, amma çökmə və hakimiyyət boşluğu əlamətləri mövcuddur.

Buna görə, hər hansı dəyişiklik (hakimiyyətin qalması və ya devrilməsi və hakimiyyət boşluğu yaranması) üçün hazır olmaq lazımdır.

Belə hallarda qüvvələrin hazırlıqsızlığı (yol xəritəsinin olmaması, böhran idarəçiliyində bacarıqsızlıq, təcrübəli və ixtisaslı komanda olmaması) uğuru məğlubiyyətə çevirə bilər.

 

Uğuru məğlubiyyətə çevirə biləcək hallar:

– Xalq və siyasi partiyalar arasında idarəçilikdə (hərəkətin rəhbərliyində) çaşqınlıq.

– Keçid dövrü üçün strategiya və taktikanın olmaması və əlaqəsizlik.

– “Ali Şura”nın otoritetini özbaşına qrupların qəbul etməməsi.

– Müxtəlif qruplar arasında rəqabət və ya müharibə (Əfqanıstan, Liviya və Suriya nümunələri).

 

Nəticə:

Hakimiyyət insan ləyaqətini nəzərə almayıb, fərqli düşüncələrə zorla (həbs, işgəncə, edam) yanaşarsa və xalqa xidmət əvəzinə onların mal-mülkünü talan edərsə, əlbəttə ki, legitimliyini itirəcəkdir.

Azərbaycan Cənubunda hakimiyyət boşluğu yaranarsa, müqavimət qüvvələri və xalqın təcili tədbirləri:

Hakimiyyət boşluğu yarandığı halda, xaosun, fürsətcil qüvvələrin sui-istifadəsinin (hakimiyyətin bir hissəsi,

Mücahid Təşkilatı, həmçinin korrupsiyalı və Məhəmməd Rza Pəhləvinin tərəfdarları, habelə PEJAK, PAK,

Demokrat Partiya və Komələ kimi satqın və işğalçı kürd təşkilatları və xarici müdaxilələr) qarşısını almaq üçün sürətlə və tədbirli hərəkət etmək lazımdır. (Mütləq öncədən böhran idarəetmə və təşkilatlanma proqramı hazırlanmalıdır.)

Hakimiyyət boşluğunun idarə olunması və Azərbaycan Cənubunun idarəsinə dərhal başlayacaq tədbirlər:

1. Təşkilatlanma

– Hər məhəllədə ən azı 3 nəfərdən ibarət komandaların yaradılması.

– Bir neçə məhəllə komandasından ibarət küçə bölmələrinin yaradılması.

– Bir neçə küçə bölməsindən ibarət rayon komitəsinin yaradılması.

– Bütün rayon komitələrindən ibarət şəhər şurasının yaradılması.

– Müxtəlif Azərbaycan Cənubu şəhərlərinin şuralarından ibarət mərkəzi şuranın yaradılması.

Mərkəzi şura siyasi, hərbi, təhlükəsizlik, iqtisadi, mədəni, hüquqi, diplomatik və s. sahələr üzrə ixtisaslaşmış şöbələrə malik olmalıdır ki, mütəxəssislərin gücünə əsaslanaraq problemləri həll etsin.

 

2. Strateji və həssas mərkəzlərin idarə olunması:

– Hakimiyyətin siyasi orqanları olan vilayət və rayon idarələrinin ələ keçirilməsi.

– Qarnizonlar, SEPAH və Polis qüvvələrinin mərkəzlərinin tutulması.

– Aeroportlar, sursat anbarları, təyyarələr və digər hərbi texnikanın idarə olunması.

 

Kəşfiyyat mərkəzləri, xüsusilə SEPAH və Kəşfiyyat Nazirliyinin daxili və xarici bölmələrinin, arxivlərin ələ keçirilməsi.

– Xüsusilə siyasi məhbusların azad olunması (ağır cinayət və narkotiklərlə bağlı olanlar istisna olmaqla).

– Muzeylər, banklar və digər qiymətli əşyaların saxlanıldığı yerlərin idarə olunması.

– Sərhədlər və hava, torpaq yollarının nəzarət altında saxlanması.

– Televiziya və radio qurumlarının ələ keçirilməsi, xalqın azadlıq və milli azadlıq hərəkatının məqsədlərinin yayılması üçün.

– Yanacaq və ərzaq ehtiyatlarının idarəsi.

– Dövlət Planlaşdırma və Büdcə Təşkilatının idarə olunması və mütəxəssis kadrların təcrübəsindən istifadə.

– Su, elektrik, qaz, səhiyyə, dəmir yolu, rabitə və digər həyati infrastrukturların qorunması və idarə olunması.

– İqtisadi və maliyyə mərkəzləri, o cümlədən gömrük, mərkəzi bank, əsas banklar, xəzinədarlıq idarələrinin idarə olunması.

Təbii ki, ölkəni idarə etmək üçün milli strategiya hazırlanmalı, hər orqan və təşkilat üçün proqramlar olmalıdır.

İxtisaslı, xalqına sadiq kadrlar prioritetləşdirilməli, kadr çatışmazlığı olduqda daxili və xarici dəstəkdən istifadə edilməlidir.

 

Əgər aşağıdakılar təmin olunmazsa:

– Şəhər təhlükəsizliyinin təmin olunmaması və xaosun qarşısının alınmaması.

– Həyati infrastrukturların və strateji mərkəzlərin qorunmaması.

– Gündəlik ərzaq və digər ehtiyacların təmin olunmaması.

– Tibbi xidmətlərin təmin olunmaması.

– Yanacaq, su və elektrik təminatının olmaması.

– Bankların təhlükəsizliyinin təmin olunmaması.

– İşçilərin və dövlət qulluqçularının haqlarının ödənilməməsi.

– Və sair...

Onda etirazlar və üsyanlar baş verəcək, zorakılıq və silah istifadəsi, basqılar legitimliyi itirəcək və anarxiya yaranacaq.

Narahatlıqların qarşısını almaq, xalqın dəstəyini qazanmaq və keçid dövründəki çətinliklərə baxmayaraq xalqı birlikdə saxlamaq üçün dürüstlük, şəffaflıq, qərarların və icraatın şura ilə paylaşılması, insan haqları və ədalət prinsiplərinə sadiqlik vacibdir. Bu, xalqın hakimiyyəti özünə məxsus hesab etməsinə səbəb olacaq.

Hakimiyyət boşluğu Azərbaycan və Türkiyə üçün böyük faciəyə çevrilə bilər, əgər:

Biz inanırıq ki, müstəmləkəçi qüvvələr ölkəni birbaşa işğal etmək və ya sistem dəyişiklikləri etmək istəmir,

sadəcə strateji məqsədlərini yerinə yetirmək üçün xalqın ləyaqətini və hüquqlarını müdafiə etmək bəhanəsilə ölkətin sərvətlərini talamaq istəyirlər.

Bir əsrdən artıqdır ki, imperialist dövlətlər İsrail ikinci (Kürdüstan) yaratmaq üçün addım-addım ölkələrdə böhranlar və xaos yaradırlar. İraq və Suriyada hakimiyyətlərin devrilməsi ilə, ölkələrin bir hissəsini satqın və asılı kürd partiyalarına verərək müstəqil bölgələr yaratdılar.

Onlar xalqın müdafiəsi adı altında hərbi müdaxilə etdilər və yeni Yaxın Şərq xəritəsini belə cızdılar.

 

İmperialist dövlətlərin hazırda hazırladıqları bəzi senarilər:

1. İslam Respublikası rejiminin müəyyən islahatlarla davam etməsi.

2. SEPAH və ordunun birgə hərbi çevrilişi və ölkəni ələ keçirməsi.

3. Rejimin devrilməsi, etibarlı bir liderin hakimiyyətə gətirilməsi və İranşəhr düşüncəsinin dini maskasız davam etdirilməsi.

4. Ölkənin parçalanması və Kürdüstanın Azərbaycan Cənubunda muxtariyyət kimi yaradılması.

5. Mərkəzi hakimiyyətin çökməsi və ölkənin milli bölgələrə bölünməsi.

 

Nəticə:

– Partiyalar və siyasi qüvvələr bütün fərqlilikləri bir kənara qoyub, daxil və xaricdə böhran idarəetməsi üçün birgə plan hazırlamalıdır.

– Hakimiyyətdə və milli hərəkatda olan hər kəs azad və müstəqil Azərbaycan üçün əməkdaşlığa çağırılmalıdır.

– İdarə olunacaq yerlər təcrübəyə əsasən bölüşdürülməlidir.

– Bəyanatlar və təlimatlar əvvəlcədən hazırlanmalı, televiziya və radio nəzarətə götürülməlidir.

– İlk bəyanat xalqın qələbəsi, müqavimət qüvvələrinin nəzarəti, ərzaq və digər ehtiyacların təminatı, təhlükəsizliyin yaradılması, sakitlik və birlik çağırışı olmalıdır.

– Sonra hərəkatın məqsədləri: demokratiya, ədalət, rifah, bərabərlik və çoxpartiyalılıq barədə geniş təbliğat aparılmalıdır.

 

Azərbaycan Cənubunun milli azadlıq hərəkatının əsas məqsədləri:

– Müvəqqəti parlament yaradılması və yeni konstitusiyanın hazırlanması.

– Konstitusiyanın referendumla xalq tərəfindən təsdiq olunması.

– Hökumətin seçilməsi üçün vaxt və üsulların müəyyənləşdirilməsi.

– Ordu və təhlükəsizlik qüvvələrinin yaradılması üzrə qanunların sürətlə qəbul edilməsi.

 

Son nəticə:

– Nailiyyətləri qorumaq üçün fərqliliklər sonraya saxlanmalı, əvvəlcə xalq hakimiyyəti təmin edilməli, qanun və təhlükəsizlik yaradılmalı, sonra siyasi yarışa və seçkilərə başlanmalıdır.

– Fürsətcil, xarici və satqın qüvvələrə qarşı ehtiyatlı olmaq lazımdır.

– Hakimiyyət xalqa xidmət üçün olmalıdır, hakimiyyətin özünü qoruması üçün deyil.

– Xalqın iştirakı və kənddən şəhərə qədər şuraların yaradılması demokratiyanın kök salması üçün əsasdır.

Azərbaycanın Cənubunun işğaldan azadlığı və insan ləyaqətinə əsaslanan demokratik dövlətin qurulması arzusu ilə.

Seçilən
2
vaxt.az

1Mənbələr