AZ

"Araz-Naxçıvan"ın "Aris"lə oyunlar üçün sifariş ərizəsi açıqlandı - SİYAHI

Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edəcək “Araz-Naxçıvan” II təsnifat mərhələsinin oyunları üçün iştirak ərizəsini UEFA-ya göndərib.

Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, Yunanıstanın "Aris" komandası ilə oyunlar üçün siyahıya 2-si qapıçı olmaqla, ümumilikdə 21 futbolçunun adı daxil edilib.

Qapıçılar: 12. Kristian Avram, 94. Tərlan Əhmədli.

Müdafiəçilər: 34. Ürfan Abbasov, 77. Bruno Franko, 5. Slavik Alxasov, 26. Ömər Buludov, 3. Bəxtiyar Həsənalızadə, 22. Elçin Mustafayev, 17. İssouf Paro, 4. İqor Ribeiro.

Yarımmüdafiəçi: 70. Boli Çarles, 29. Vanderson Melo, 19. Bar Kohen, 6. Patrik Andrade, 2. Qara Qarayev, 14. Ülvü İsgəndərov, 7. Keyta Hamidou, 23. Nuno Rodrigues, 10. Felipe Santos.

Hücumçular: 16. Ramon Maçado, 11. Ba-Muaka Simakala.

Qeyd edək ki, “Araz-Naxçıvan” – “Aris” oyunu iyulun 24-də, saat 20:00-da, Dalğa Arenada keçiriləcək. Oyunun biletləri artıq satışa çıxarılıb.

Seçilən
13
fanat.az

1Mənbələr