Medianın inkişafında xüsusi xidməti olan, bu sahədə səmərəli fəaliyyət göstərən 10 jurnalist Qardaşəli Teyyubov adına “Media Diplomu”-na layiq görülüb. "Media Diplomu" Müstəqil Həmkarlar Birliyi və Ölkəqəzeti.az-ın təşəbbüsü ilə təsis edilib.
Hafta.az xəbər verir ki, iyulun 18-də World Business Center də Milli Mətbuatımızın 150 illik yubileyinə həsr olunmuş jurnalistlərin mükafatlandırma tədbirinə ictimai-siyasi sferada tanınmış şəxslər, n deputatlar, media nümayəndələri qatılıblar.
Müstəqil Həmkarlar Birliyi və “Ölkə” Qəzetinin təşəbbüsü ilə 30 nəfər jurnalistin fəaliyyətinin monitorinqi aparılıb. Media mənsublarının son bir illik fəaliyyəti araşdırılıb. İşinə peşəkarlıqla, məsuliyyətlə, vicdanla yanaşan, məqalə və araşdırma yazılarında vətəndaş mövqeyindən çıxış edən, azərbaycançılığı, hərbi vətənpərvərliyi, ölkəmizin tarixi torpaqlar çərçivəsində bütövləşməsini, diaspor təşkilatlarının və fəallarının fəaliyyətini diqqətdə saxlayan, xalqımızın milli mənəvi dəyərlərini təbliğ edən jurnalistlər ilk onluğa seçilib.
Tədbirdə iştirak edən jurnalistlər, eləcə də çıxış edən qonaqlar ömrünün 45 ilini Azərbaycan mətbuatının inkişafına həsr etmiş tanınmış journalist, peşəkar qələm ustası, ana dilimizdə yazıb yaratmış, dilimizin qorunmasında böyük xidmətləri olan, bir çox məşhur imzaların müəllimi olmuş mərhum Qardaşəli Teyyubovun adına olan “Media Diplomu”nun əhəmiyyətini önə çəkiblər.
Tədbirdə medianın qonağı olan deputatlar Razi Nurullayev, Elşad Musayev, siyasətçilər Qulamhüseyn Əlibəyli, Yusif Bağırov şıxış edərək Azərbaycan media nümayəndələrini təbrik edib, bütövlükdə cəmiyyət olaraq jurnalistikanın inkişafı, sosial rufahının yaxşılaşdırılması üçün bu sahəyə diqqət ayrılmasını vacib sayıblar. Eləcə də Diploma layiq görülən jurnalistlər çıxışlarında məhz bir jurnalistin adına təsis olunmuş “Media Diplomu”na layiq görülmələrini xüsusilə dəyərləndirməklə, bunu bütölükdə Azərbaycan mediasına verilən dəyər, diqqət kimi önə çəkiblər.