AZ

Əməkdar artistdən QALMAQALLI AÇIQLAMA: “Dedim ki, bu da özünü kişi hesab edir?” - VİDEO

Əməkdar artist Gülşad Baxşıyeva qalmaqallı açıqlamalar verib. 

Bizim.Media xəbər verir ki, bu barədə o, Baku TV-nin “Amin” layihəsində danışıb. Sənətçi qızların geyimini tənqid edib:

“Qız böyütmək də çətindir, amma kişi böyütmək lap çətindir. Çünki ailədə də hər şey kişidən asılıdır.
 

Ötənlərdə bir yerə getmişdim, binaya girdim, bir kişi çıxdı, yanında qadın, bir qız. Baxdım, üzümü çevirdim, sonra döndüm kişiyə baxdım. Ürəyimdə dedim ki, bu da özünü kişi hesab edir? Qadınlar da kök idi, hər yerləri bayırda qalmışdı. Qısa şort geyinmişdilər.


Guya, bunun qızıdır, o biri xanımıdır. Kişi niyə demir ki, bir az abırlı geyinin? Demirəm, döysün, amma göstərsin ki, belə geyinməyini istəmirəm. O qədər ixtiyar verirlər ki, səni sevirəm, get bildiyini et. O qorxsa onu etməz, qorxunun altında həmişə hörmət var. Gərək, çəkinəsən”,- deyə sənətçi əlavə edib.


Sara, Bizim.Media

Seçilən
21
39
bizim.media

10Mənbələr