AZ

İsti hava ürək üçün təhlükə yaradır: həkimlər xəbərdarlıq edir

Yay aylarında havaların kəskin istiləşməsi ürək-damar sistemi üçün ciddi risklər yaradır.

E-saglam.az xəbər verir ki, kardioloqlar xüsusilə yaşlı insanlara və xroniki xəstəlikləri olanlara diqqətli olmağı tövsiyə edir.

Mütəxəssislərin sözlərinə görə, yüksək temperatur zamanı orqanizm bədəndəki istiliyi tənzimləməyə çalışır, bu isə ürəyə əlavə yük yaradır. Susuzluq, tərləmə ilə itirilən maye və mineralların bərpası gecikdikdə, qan qatılaşır, bu da infarkt və insult riskini artırır.

"İsti havalarda ürək daha sürətli işləyir. Əgər insanın əvvəlcədən ürək xəstəliyi varsa, bu vəziyyət təhlükəli ola bilər. Mütləq günün isti saatlarında çölə çıxmaqdan çəkinin, bol maye qəbul edin və həkim təyinatı ilə dərmanlarınızı düzgün şəkildə qəbul edin", – deyə terapevt-kardioloq Aysel İsmayılova bildirib.

Həkimlər həmçinin fiziki aktivliyin gündüz saatlarında məhdudlaşdırılmasını, sərin və kölgəli yerlərdə qalmağı tövsiyə edirlər.

Tərcümə: Könül Oruc

E-saglam.az 

Seçilən
4
e-saglam.az

1Mənbələr