AZ

Dünya futbolunun rekord transferi ola bilər

Braziliyalı futbolçu Vinisius Junior “Real”ı tərk edə bilər.

Futbolpress.az xəbər verir ki, o, Səudiyyə Ərəbistanıdan bir klubla danışıq aparır. Bu barədə “talkSPORT” nəşri məlumat yayıb. Xəbərdə adı açıqlanmayan klubun Vinisiusa illik 200 milyon avro qazanacağı 5 illik sözləşmə təklif etdiyi bildirilir. Klubun “Real”a isə 350 milyon avro təklif etməyə hazırlaşdığı qeyd olunub.

Transfer baş tutsa, tarixin ən böyük məbləği keçidi olacaq. Dünya futbolunun rekord transferi Neymarın “Barselona”dan PSJ-yə keçməsiylə bağlıdır. Paris klubu 2017-ci ildə braziliyalı üçün 222 milyon avro ödəyib.

Braziliya yığmasının da üzvü olan futbolçunun “Real”la müqaviləsi 2027-ci ilin yayına kimidir.

Seçilən
28
futbolpress.az

1Mənbələr