AZ

Küveyt ordusu “Bayraktar TB2” alıb

Küveyt ordusu bu günlərdə “Bayraktar TB2” alıb. Bu, Küveytin siyasi rəhbərliyinin ölkənin müdafiə sistemlərinin davamlı inkişafı və modernləşdirilməsinə sadiqliyini əks etdirir. Məlumatı “Kaliber.az” verib. 

“Kuwait Times”ın məlumatına görə, Küveytin müdafiə naziri Şeyx Abdulla Əli Abdulla əl-Sabah xəbəti təsdiqləyib. Ordu Baş Qərargahının Salem əs-Sabah Hava Bazasının açılış mərasimindən sonra verdiyi açıqlamada Şeyx Abdullah pilotsuz uçuş aparatlarının (PUA) mənimsənilməsinin strateji əhəmiyyət daşılığını vurğulayıb.

Tədbirdə “Bayraktar TB2”-nin texniki xarakteristikası və döyüş qabiliyyətinin canlı nümayişi olub, daha sonra nazir pilotsuz uçuş aparatının və onun əməliyyat obyektlərinin hazırlığını yoxlayıb, layihədə iştirak edən bir neçə zabit və texniki mütəxəssislə görüşüb.

P.ƏMİRCANOV
XQ

Seçilən
26
xalqqazeti.az

1Mənbələr