AZ

"Formula-1" üzrə builki Azərbaycan Qran-prisinin hazırlıq prosesi başa çatır

Yazını böyüt
Yazını kiçilt

2025-ci ildə keçiriləcək "Formula-1" üzrə Azərbaycan Qran-prisi üçün hazırlıq işləri yekunlaşmaq üzrədir.

Hafta.az xəbər verir ki, tikinti işlərində 2 162 nəfər quraşdırma və demontaj mərhələlərinə cəlb olunur. Yarış həftəsi zamanı bu prosesə əlavə olaraq 1 500 təşkilatçı əməkdaş, 2 000 könüllü və 1 400 marşal qoşulur.

İşlər gecə-gündüz növbəli rejimdə aparılır. Hərəkəti məhdudlaşdıran əməliyyatlar yalnız gecə saatlarında həyata keçirilir ki, bu da şəhər sakinləri üçün narahatlığı minimuma endirir.

Bütün prosesə hazırda yalnız yerli - Azərbaycan podratçıları cəlb olunurlar.

Bakı Şəhər Halqasından verilən məlumata görə, 2023-cü ildən etibarən yenilik tətbiq olunub - yarış həftəsində əsas yollar müəyyən saatlarda qismən açıq qalır. 2024-cü ildə nəqliyyat koridorlarının sayı 2-dən 5-ə çatdırılıb. Bu koridorlardan istifadə edən sürücülərin sayı ötən illə müqayisədə 30% artıb. 2025-ci ildə bu koridorlardan istifadə səviyyəsinin daha 30% artacağı proqnozlaşdırılır.

Trasa hazırlıq və demontajı sürətləndirmək məqsədilə ən son texnologiyalar tətbiq olunur. Bu dəyişiklik nəticəsində trasın tam hazırlanma müddəti 12 həftədən 6 həftəyə endirilib. Yarışdan sonra yollarda hərəkətin tez bərpası üçün 2024-cü ildə beton blokların 60%-i cəmi 16 saat ərzində sökülərək ərazidən çıxarılıb. Ertəsi gün saat 13:00-dan etibarən şəhər demək olar ki, normal rejimə qayıdıb.

77% tamaşaçı Bakıya xarici ölkələrdən gəlib. Turistlərin qalma müddəti - 5 gecə təşkil edib. Tribunaların 5-i tamamilə satılıb. Tələbatı nəzərə alaraq daha 2 yeni tribuna bu il quraşdırılır. Bu il 20 mindən çox oturacaq sayı nəzərdə tutulur.

Seçilən
7
1
hafta.az

2Mənbələr