AZ

Bu il cinayətlərin 99,2 faizi açılıb -

“Bu ilin ilk yarısında qeydə alınmış cinayətlərin 99,2 faizi açılıb.” Metbuat.az xəbər verir ki, bu barədə hərbi prokuror Bəhruz Əhmədov Hərbi Prokurorluqda keçirilən Kollegiya iclasında məlumat verib. Onun sözlərinə görə, 2025-ci ilin ilk yarısında ümumi cinayətlərin sayı ötən illə müqayisədə 10,9%, hərbi xidmət əleyhinə olan cinayətlər 18,6%, qeyri-hərbi cinayətlər isə 2,5% azalıb. “Bu ilin ilk 6 ayında qəsdən adam öldürmə və qəsdən sağlamlığa ağır zərər vurma cinayətlərinə rast gəlinməyib”, - deyə hərbi prokuror qeyd edib.

Sevinc İbrahimzadə / Metbuat.az

Seçilən
0
1
metbuat.az

2Mənbələr