AZ

Kallas: Aİ Rusiyaya qarşı ən sərt sanksiyalardan birini təsdiqləyib - Yenilənib

Onun sözlərinə görə, sanksiya siyahısına Rusiyanın "Şimal axını" qaz kəmərləri və Hindistandakı "Rosneft" neft emalı zavodu daxil edilib...

"Şimal axını" qaz kəmərləri qadağan ediləcək. Biz Rusiya hərbi sənayesinə, sanksiyalardan yan keçməyə imkan verən Çin banklarına getdikcə daha çox təzyiq göstəririk və pilotsuz uçuş aparatlarında istifadə olunan texnologiyaların ixracına mane oluruq", - K.Kallas bildirib.

***

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı ən sərt sanksiyalardan birini təsdiqləyib.

“Report”un məlumatına görə, bu barədə Avropa diplomatiyasının rəhbəri Kaya Kallas “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
"Biz Kremlin hərbi büdcəsini azaltmağa davam edirik, kölgə donanmasının daha 105 gəmisini, onların köməkçi vasitələrini siyahıya daxil edir və Rusiya banklarının maliyyələşməyə çıxışını məhdudlaşdırırıq", - o qeyd edib.

Poliqon.info

Seçilən
20
1
poliqon.info

2Mənbələr