AZ

Aşağı bal topladığına görə evdən QOVULDU

Yazını böyüt
Yazını kiçilt

Çində valideynlər imtahandan aşağı bal toplayan oğullarını evdən qovublar.

Hafta.az "South China Morning Post" nəşrinə istinadən xəbər verir. Hunan əyalətindən olan Syaokay adlı məktəb məzunu dövlət qəbul imtahanında mümkün 750 baldan 575 bal toplayıb. Yeniyetmə evə qayıdanda anası və atası qapının şifrəsini dəyişdiyindən onu aça bilməyib.

Syaokay anasına zəng edərək nə baş verdiyini soruşub. O, oğluna ezamiyyətdə olduğunu və yeni şifrəni bilmədiyini söyləyib.

Daha sonra yeniyetmə yerli jurnalistlərə üz tutaraq, düşdüyü vəziyyəti danışıb. Valideynlər mediaya bildiriblər ki, övladları uşaqlıqdan əlaçı şagird olub, lakin təhsilini yarımçıq qoyub, telefonda oyunlara aludə olub.

Seçilən
39
hafta.az

1Mənbələr