AZ

ABŞ seçicilərindən Maskın partiyasına etiraz - ÖZƏL

ABŞ-də keçirilən rəy sorğusuna görə, məşhur sahibkar İlon Maskın yeni siyasi partiya yaratmaq qərarını seçicilərin təxminən yarısı - 48%-i səhv addım kimi qiymətləndirir. Olaylar.az xəbər verir ki, bu barədə Rasmussen Reports araşdırma təşkilatının iyulun 13-dən 15-dək apardığı sorğunun nəticələri xəbər verir.
Sorğu nəticələrinə əsasən, yalnız 27% respondent Maskın təşəbbüsünü dəstəkləyib, 25% isə bu barədə konkret fikir bildirməyib.
Onlayn və telefon vasitəsilə aparılan sorğuda 1200-ə yaxın potensial seçici iştirak edib. Nəticələrin statistik səhv payı 3 faiz bəndi təşkil edir.
Xatırladaq ki, İlon Mask iyulun 5-də sosial şəbəkə X-də keçirdiyi səsvermənin nəticələrinə əsasən, ABŞ-də yeni siyasi partiya yaradacağını açıqlayıb. O, bu təşəbbüsünün məqsədini "azadlığın geri qaytarılması" kimi izah edib. Səsvermədə 1,2 milyondan çox istifadəçi iştirak edib və 65,4% yeni partiyanın yaradılmasını dəstəkləyib.
İyulun 6-da isə Mask ABŞ Federal Seçki Komissiyasına (FEC) müraciət edərək partiyanın qeydiyyatı üçün sənədləri təqdim edib. Yeni siyasi təşkilat "Amerika Partiyası" (America Party, AMEP) adlanacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
20
olaylar.az

1Mənbələr