AZ

Trampın əlində göyərmələr niyə yaranıb? - Ağ Ev səbəbini AÇIQLADI

“ABŞ Prezidenti Donald Trampın səhhəti əla olaraq qalır”.

Turkustan.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt jurnalistlər üçün keçirdiyi müntəzəm brifinqdə məlumat verib.

“Son həftələrdə prezidentin aşağı ətraflarında yüngül şişkinlik müşahidə olunub. Müayinə zamanı xroniki venoz çatışmazlıq aşkarlanıb – bu, 70 yaşdan yuxarı insanlarda tez-tez rast gəlinən haldır”, – deyə Livitt bildirib.

O, Trampın əlində yaranan göyərmələrə (qançırlara) də münasibət bildirib:

“Əlin arxasında görünən kiçik göyərmələr əsasən əl sıxma və aspirin qəbuluyla bağlıdır. Bu, aspirin terapiyasının məlum və zərərsiz yan təsirlərindəndir”.

Seçilən
10
1
turkustan.az

2Mənbələr