AZ

“Qərbi Azərbaycanda texnoloji irsin bərpası və yaşadılması” mövzusunda seminar keçirilib - FOTOLAR

Azərbaycan Texniki Universitetinin Qərbi Azərbaycan Texnoloji İrsi Mərkəzinin və "Vətəndaşların Sosial Rifahı Naminə" İctimai Birliyinin təşkilatçılığı ilə “Qərbi Azərbaycanda texnoloji irsin bərpası və yaşadılması” mövzusunda seminar keçirilib.

QHT.az xəbər verir ki, seminarın keçirilməsində məqsəd Qərbi Azərbaycanda formalaşan texnoloji irsin müasir dövr üçün aktuallığının elmi aspektdən qiymətləndirilməsi və müzakirəsi olub.

Əvvəlcə AzTU-nun foyesində Qərbi Azərbaycan irsinə həsr olunmuş "VSRN" İB tərəfindən təşkil olunmuş sərgiyə baxış keçirilib.

Seminarda AzTU-nun rektoru Vilayət Vəliyev, Qərbi Azərbaycan icmasının sədri Əziz Ələkbərli, “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədri İradə Rizazadə çıxış ediblər, daha sonra panel müzakirələri təşkil edilib. Panelllərdə Qərbi Azərbaycan üzrə araşdırmaçı Cəlal Allahverdiyev, əməkdar mədəniyyət işçisi, milli kulinariya üzrə araşdırmaçı Tahir Əmiraslanov, Azərbaycan Rəssamlar İttifaqının üzvləri İsgəndər Sərdarlı, Toğrul Sərdarlı, rəssam Əli İsmayıl Əliyev Qərbi Azərbaycan texnoloji irsi ilə bağlı geniş təqdimatla çıxış ediblər. Çıxışlar zamanı Qərbi Azərbaycan texnoloji irsinin yaşadılması, bu istiqamətdə müxtəlif tədqiqatların aparılması ilə bağlı təkliflər səsləndirilib.

Məlumat üçün bildirək ki, Prezident İlham Əliyevin Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının hazırlanması istiqamətində verdiyi tapşırıqlara uyğun olaraq ötən il AzTU-da Qərbi Azərbaycan Texnoloji İrsi Mərkəzi yaradılıb.

Seçilən
0
2
qht.az

3Mənbələr