AZ

İran Ermənistanın bu davranışından narahat olub: İrəvan əmin edib ki...

Ermənistan hakimiyyəti İran tərəfini əmin edib ki, digər ölkələrlə, o cümlədən Avropa ölkələri ilə əməkdaşlığın inkişafı İrəvanla Tehran arasında münasibətlərə ziyan vurmur.

Publikika.az xəbər verir ki, bunu Ermənistanın İctimai Televiziyasına müsahibəsində İslam Respublikasının səfiri Mehdi Sobhani deyib.

O, İİR-in İrəvanın xarici siyasətini diversifikasiya etmək cəhdlərini necə qəbul etdiyi sualına belə cavab verib.

Diplomatın sözlərinə görə, Tehran erməni dostlarına güvənir. O, hesab edir ki, Ermənistan hökuməti İranla əməkdaşlığa kifayət qədər həssas yanaşır.

Səfir bildirib ki, Tehran həmçinin regionda sülhün və sabitliyin möhkəmləndirilməsində, İrəvanın qonşuları arasında dinc yanaşı yaşamasında maraqlıdır.

phrase_var_article.chosen
46
5
publika.az

4phrase_var_article.sources