AZ

İkinci rübdə Netflix-in gəliri və mənfəəti artıb

Netflix 2025-ci ilin ikinci rübü üzrə maliyyə nəticələrini açıqlayıb.

Marja xəbər verir ki, şirkətin gəliri bu ilin ikinci rübündə illik müqayisədə 15,9 faiz artaraq 11,1 milyard dollar təşkil edib. Əvvəllər şirkətin gəlirinin 2024-cü ilin ikinci rübündə 9,6 milyard dollara çatacağı proqnozlaşdırılırdı.

Netflix, gəlir artımının daha çox üzv, daha yüksək abunə qiymətləri və artan reklam gəlirinin nəticəsi olduğunu bildirib.

Şirkət gələn rübdə gəlirin 11,5 milyard dollara yüksələcəyini proqnozlaşdırır. Həmçinin Netflix 2025-ci il üçün ümumi gəlir proqnozunu yuxarıya doğru yenidən nəzərdən keçirib.

İkinci rübdə Netflix-in xalis mənfəəti illik müqayisədə təxminən 45% artaraq 3,1 milyard dollar təşkil edib. 2024-cü ilin eyni dövründə şirkətin xalis mənfəətinin 2,1 milyard dollar təşkil etmişdi.

Şirkətin ötən ilin ikinci rübündə 4,88 dollar olan səhm üzrə qazancı bu dövrdə 7,19 dollara yüksəlib.

Netflix-in mənfəəti və gəliri bazar gözləntilərini üstələyib.

Maraqlıdır ki, şirkət birinci rübdə olduğu kimi bu ilin ikinci rübü üzrə də abunəçi sayını açıqlamayıb.

Netflix, keçən ilin son rübündə abunəçilərinin sayının 18,9 milyon artdığını bildirmişdi. 

Seçilən
37
1
marja.az

2Mənbələr