Bakı. Trend:
Keçmiş ikiqat UFC çempionu Konor Makqreqor uzun fasilədən sonraUFC-yə dönüşünü elan edib.
Trend xəbər verirki, Makqreqor bu qərarını ABŞ Prezidenti Donald Trampın UFC iləbağlı Ağ Evdə keçirməyi planlaşdırdığı tədbirdə iştirak etməkməqsədilə verdiyini bildirib.
Makqreqor bu barədə X sosial şəbəkəsində (keçmiş Twitter)paylaşım edib:
“Mən pula (UFC dopinq testi) qayıtdım. Hazır olun. Zərərvurulacaq. Oval Ofis. Ağ Evin qazonu.”
İrlandiyalı döyüşçü sonuncu dəfə 2021-ci ilin 10 iyul tarixindəoktaqona çıxıb. Həmin döyüşdə o, Dastin Poryeyə qarşı mübarizədəayağından aldığı ciddi zədə səbəbindən texniki nokautlauduzmuşdu.
Makqreqorun UFC karyerasında ümumilikdə 28 döyüşü olub – 22qələbə, 6 məğlubiyyət.
Qeyd edək ki, UFC ilə Donald Tramp arasında uzunmüddətli dostluqvə dəstək münasibətləri mövcuddur. Tramp tez-tez UFC tədbirlərindəiştirak edir və tanınmış döyüşçülərlə görüşlər keçirir. Makqreqorunbu tədbirdəki iştirakı UFC və Ağ Ev arasında növbəti simvolikəməkdaşlıq kimi dəyərləndirilir.