AZ

Qalmaqallı olayı araşdırmaya başladılar - Polisə rüşvət verib?

Fransa polisi 2023-cü ildə Kilian Mbappedən külli miqdarda pul alan beş təhlükəsizlik xidməti əməkdaşına qarşı inzibati araşdırma aparır.

Sportinfo.az xəbər verir ki, bu barədə məlumatı “RMC Sport” paylaşıb.

Bildirilir ki,hücumçunun hesabından 5 polis əməkdaşına ümumilikdə 180 min 300 avro köçürülüb.

Mbappe iddia edir ki, o, sadəcə olaraq oyunçuların təhlükəsizliyini təmin edən insanları mükafatlandırmaq istəyib.

“Real”ın forvardı hüquq-mühafizə orqanları ilə əməkdaşlığa hazır olduğunu qeyd edib.

Seçilən
23
sportinfo.az

1Mənbələr