Bu gün UEFA Avropa Liqasının 2025/2026 mövsümündə birinci təsnifat mərhələsinin cavab matçları keçirilib.

Offsideplus.az xəbər verir ki, azərbaycanlı futbol həvəskarlarının diqqəti Sloveniyaya yönəlib. Belə ki, Azərbaycanın bu yarışda yeganə təmsilçisi "Sabah" adıçəkilən ölkədə yerli "Çelye"yə qarşı prinsipial matça çıxıb.

Komandamız bir həftə əvvəl Bakıda məğlubiyyətə uğramışdı. Cavab oyununda rəqib qapısından 3 top keçirən "Sabah" dəfələrlə geridönüşə yaxın olsa da, rəqiblə bacarmayıb və ümumi 5:6 hesabla məğlub olaraq (İlk oyun - 2:3, cavab oyunu - 3:3) AL-də mübarizəni dayandırıb.  
Təmsilçimiz Konfrans Liqasının II təsnifat mərhləsində mübarizəni davam etdirəcək.

Avropa Liqası, birinci təsnifat mərhələsi

"Çelye" (Sloveniya) - "SABAH" (AZƏRBAYCAN) 3:3 

Qollar: Franko Kovaçeviç, 19. -pen.  Damyan Vuklişeviç, 49. Nikita İosifov, 108. - Coy-Lens Mikels, 9. 63. 66.

ilk oyun - 3:2

Baş hakim: Droqomir Draqonov (Bolqarıstan)

"Zdezele" stadionu. Çelye, Sloveniya.

Heyətlər: 

"Çelye": 21. Simon Sluga, 2. Xuanxo Nieto, 3. Vuklişeviç, 6. Tutışkinas, 8. Kvesiç, 9. Kovaçeviç, 10. Şturm, 11. Milot Avdyli, 19. Zabukovnik, 20. İosifov, 23. Jan Karniçnik (k)

Ehtiyat oyunçular: 1. Leban, 12. Kolar, 4. Hrka, 5. Vodeb, 7. Jevşenak, 14. Çidi, 16. Vidoviç, 17. Kotnik, 24. Cevahiric, 44. Beyger.

"Sabah": 92. Stas Pokatilov, 3. Stiv Solvet, 5. Rəhman Daşdəmirov, 6. Abdullah Xaybullayev, 10. Anatoli Nuriyev, 13. İvan Lepinitsa, 18. Pavol Şafranko (k), 20. Coy-Lens Mikels, 40. İqor Noqeyra, 80. Akim Zedadka, 88. Xəyal Əliyev

Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev (q), 89. Rauf Ayyubov (q), 2. Amin Seydiyev, 7. Bojan Letiç, 8. Ayaz Quliyev, 11. Kahim Parris, 17. Tellur Mütəllimov, 22. Zinəddin Uld Xaled, 33. Umarali Raxmonaliyev, 53. Andrey Viktor, 70. Cesse Sekidika, 99. Nyeqos Kupusoviç