AZ

Snop Doqq "Suonsi Siti"nin həmtəsisçisi olub

Amerikalı reper Snop Doqq "Suonsi Siti" həmtəsisçisi və investoru olub.

İdman.biz xəbər verir ki, bu barədə Uels klubunun mətbuat xidmətindən bildirilib.

Snopp verdiyi açıqlamada komandanın uğur qazanması üçün əlindən gələni edəcəyini deyib: "Futbola olan sevgim hamıya məlumdur, lakin Suonsi Siti"nin sahibi olmaq mənim üçün xüsusilə özəldir. Klubun tarixi mənə çox təsir etdi. Bu, qürurlu bir şəhər və işçi sinfinin klubudur. Az qiymətləndirilib, lakin mənim kimi mübarizə aparır. "Suonsi Siti"nin bir hissəsi olmaqdan qürur duyuram. Kluba kömək etmək üçün əlimdən gələni edəcəyəm və bütün azarkeşlərlə görüşməyi səbirsizliklə gözləyirəm”.

Qeyd edək ki, komanda 2024/2025 mövsümündə İngiltərə Çempionşipdə 11-ci pilləni tutub.

İdman.biz

Seçilən
40
idman.biz

1Mənbələr