Bakı. Trend:
Azərbaycan idmançıları Almaniyanın Reyn-Rur regionunda keçirilən32-ci Ümumdünya Yay Universiadasında mübarizəyə başlayıblar.
Trend xəbər verirki, təmsilçilərimiz 6 idman növündə - stolüstü tennis, badminton,qılıncoynatma, üzgüçülük və tennisdə qüvvələrini sınayıblar.
Qızlardan və oğlanlardan ibarət stolüstü tennis yığmalarımızstartda müvafiq olaraq, Cənubi Koreya və ABŞ seçmələrinə 0:3 hesabıilə uduzublar.
Yarışın ilk günü üzgüçülərimiz üçün də uğurlu alınmayıb. Bu günmübarizəyə qoşulanda idmançılardan heç biri təsnifatı mərhələsinikeçə bilməyib.
Aqil Qəbilov, Həcər Nuriyeva, Nigar Səmədova və MuradŞabanzadədən ibarət badminton üzrə Azərbaycan millisi qarışıqkomandaların yarışında ilk oyunda Tailanda, ikinci matçda isəAvstraliyaya 0:5 hesabı ilə məğlub olub.
Qılıncoynatmanın sablya və şpaqa növləri üzrə şəxsi yarışlardaqız şpaqaçılarımızdan Xədicə Həsənli qrupda qalıb. Aynur Quliyeva(4 qələbə) və Nazilə Rəhimova (3 qələbə) pley-offa adlasalar da,sonrakı mərhələdə öz rəqiblərinə uduzublar.
Qız şpaqaçılarımız iyulun 20-də komanda yarışında mübarizəaparacaq.
Oğlan sablyaçıların şəxsi yarışında Maqsud Hüseynli, SalehMəmmədov və Murad Əkbərov qüvvəsini sınayıb. Qrup mərhələsini birqələbə ilə başa vuran Murad Əkbərov mübarizəni erkən dayandırıb.Hesabında 3 qələbə olan Saleh Məmmədov isə pley-offda Avstraliyatəmsilçisi Arnav Rajaya 13:15 hesabı ilə uduzub.
Pley-offda honkonqlu rəqibi Hoi Çun Çanqı (15:13) mübarizədənkənarlaşdıran Maqsud Hüseynli ən güclü "16-lığ"a yüksəlmək üçünQazaxıstan sablyaçısı Bexultan Abzhalla keçirilən görüşdə 8:15hesabı ilə uduzub.
Oğlan sablyaçılarımız iyulun 20-də komanda yarışında çıxışedəcək.
Azərbaycan tennisçisi Elvin Həşimov Ümumdünya YayUniversiadasına uğurlu start verib. Gənc idmançı 1/32 finaldazambiyalı Nakalanqa Hamayanqveyə 2:1 hesabı ilə qalib gələrək,növbəti raunda vəsiqə qazanıb.
Bədii gimnastika üzrə fərdi yarışlarda İlona Zeynalova iləKamilla Seyidzadə top və halqa ilə hərəkətlərdə bacarıqlarınınümayiş etdiriblər. İki hərəkətin cəmində İ.Zeynalova 49.450 xalla20-ci, K.Seyidzadə 48.200 xalla 25-ci yerdədir. Gimnastlar sabahlent və gürzlə çıxış edəcəklər. Bundan sonra çoxnövçülükdə qaliblərmüəyyənləşəcək.
Azərbaycanın qrup komandası isə beş lentlə hərəkətə görəhakimlərdən 24,150 xal alıb və inamla liderlik edir. Sabahkomandamız üç top və iki halqa ilə çıxış edəcək. Bu isə o deməkdirki, çoxnövçülükdə qızıl medal qazanmaq şansı yüksəkdir.
Universiadaya iyulun 27-də yekun vurulacaq.