AZ

İsrail müdafiə xərclərini 12,5 milyard dollar artıracaq


İsrail 2025 və 2026-cı illərdə müdafiə xərclərini 42 milyard şekel (12,5 milyard dollar) artırmağı nəzərdə tutur.
Yeniavaz.com
“Reuters” agentliyinə istinadla xəbər verir ki, bu barədə İsrailin maliyyə və müdafiə nazirlikləri məlumat yayıb.
“Büdcə razılaşması İsrailin Müdafiə Nazirliyinə milli təhlükəsizlik üçün mühüm əhəmiyyət kəsb edən təcili və zəruri satınalmaları irəli sürməyə imkan verəcək”, - məlumatda bildirilib. 
Maliyyə naziri Besalel Smotriç isə bildirib ki, yeni müdafiə büdcəsi xaricdən gələn bütün təhdidlərə qarşı hərtərəfli təhlükəsizlik hazırlıqları ilə yanaşı, Qəzzada gedən intensiv döyüşləri tam əhatə edir.
Seçilən
15
1
yeniavaz.com

2Mənbələr