AZ

Suriya lideri ölkəni birliyə çağırdı

Suriya Prezidenti Şaraa ölkənin cənubundakı Sveyda əyalətində baş verən hadisələr və İsrailin hərbi müdaxiləsi ilə bağlı dövlət televiziyası ilə çıxış edib. Metbuat.az xəbər verir ki, Şaraa İsrailin ölkəni parçalamaq cəhdlərinə müqavimət göstərmək iradəsinə malik olduqlarını bəyan edib. O, druz icmasının dövlətin himayəsi altında olduğunu və xarici qüvvələrin onları təsiri altına almasının qəbuledilməz olduğunu bildirib. Şaraa bildirib ki, İsrail keçmişdə olduğu kimi ölkənin sabitliyini hədəfə alıb, xalq arasında nifaq salmağa və Suriyanı xaosa sürükləməyə çalışır. Şaraa, İsrailin parçalanma cəhdlərinə qarşı xalqın ləyaqətini və ölkənin birliyini müdafiə etdiklərini ifadə edib.

Suriya lideri ölkəni birliyə çağırıb.

Seçilən
29
metbuat.az

1Mənbələr