AZ

"Real" ulduz futbolçu üçün təklif göndərdi

“Real Madrid” müdafiə xəttini gücləndirmək üçün fəaliyyətini davam etdirir. Metbuat.az xəbər verir ki, məşqçi Xabi Alonso keçmiş futbolçusu Piero Hincapienin transfer edilməsi üçün təlimat verib. ESPN-in məlumatına görə, “Real” “Bayer Leverkuzen”in futbolçusu Piero Hincapie üçün təklif göndərib. Futbolçunun transfer dəyərinin 50 milyon avro olduğu bildirilir.

Qeyd edək ki, “Real” bundan əvvəl Dean Huijsen, Trent Alexander-Arnold və Alvaro Carreras kimi oyunçuları transfer. Huijsen üçün etibarlı bir əvəz axtarılır və Hincapie perspektivli seçim kimi seçilir. Eder Militao və David Alaba, Antonio Rüdiger zədələrə görə uğurlu oyun nümayiş etdirə bilmir. Raul Asensio Klublararası Dünya Çempionatında uğurlu oyun nümayiş etdirə bilməyib.

Seçilən
23
metbuat.az

1Mənbələr