AZ

Almaniya: Ukraynaya Patriot sistemlərinin verilməsi ilə bağlı qərar…

Almaniya kansleri Olaf Şolts Ukraynaya Patriot hava hücumundan müdafiə sistemlərinin təchizatı ilə bağlı yekun qərarın hələ qəbul olunmadığını bildirib.

KONKRET.az xəbər verir ki, onun sözlərinə görə, bu məsələ ətrafında intensiv danışıqlar aparılır.

“Yaxın saatlarda qərar veriləcəyini deməmişəm. Hazırda Almaniya və ABŞ müdafiə nazirlikləri bu sistemlərin Ukraynaya necə və nə qədər tez çatdırıla biləcəyini müzakirə edir. Çatdırılma və quraşdırma prosesi saatlarla deyil, günlərlə, bəlkə də həftələrlə ölçülür”, – deyə Şolts Böyük Britaniyanın Baş naziri Kir Starmerlə birgə mətbuat konfransında qeyd edib.

O əlavə edib ki, ABŞ tərəfi bu məsələdə əməkdaşlığa hazırdır.

Natiq Səlim,
KONKRET.az

Seçilən
26
konkret.az

1Mənbələr