Yay aylarında havalar çox isti olduğu üçün geyim seçimi xüsusilə vacibdir. İsti havalarda geyiniləcək rənglərə diqqət yetirmək lazımdır.
Ümumiyyətlə, açıq rəngli paltarlar, xüsusilə ağ, bej və açıq mavi kimi rənglər, günəş şüalarını əks etdirərək bədənin daha sərin qalmasına kömək edir.
Stilist Rövşən Həsənov Hit.az-a deyib ki, günəş şüalarından qorunmaq üçün isə yalnız rəng seçimi deyil, həm də geyim tərzi önəmlidir: "İsti havalarda bol və hava keçirmə xüsusiyyətinə malik geyimlər geyinmək məsləhətdir. Pambıq, kətan və təbii liflərdən hazırlanan geyimlər dərinin nəfəs almasını təmin edir və tərləməni azaldır. Yay aylarında açıq rəngli geyim daha məqbul hesab edilir. Tünd və qara geyim isə hava buraxmır və tərləməyə səbəb olur. Ümumiyyətlə, unutmaq lazım deyil ki, geyim insanın daxili aləmini əks etdirir. Hansı fəsil olmasından asılı olmayaraq insanlar özünə yaraşanı və rahat hiss etdiyi geyimi geyməlidir".
Sevinc