AZ

Yasamalda restoran piyadaların yolunu zəbt edibVİDEO

Bakının Yasamal rayonu, Əhməd Cəmil küçəsində yerləşən restoran piyadaların yolunu kəsib.

Xezerxeber.az-ın məlumatına görə, piyadalar deyir ki, səki iaşə obyekti tərəfindən zəbt edildiyindən yolun hərəkət hissəsinə çıxmağa məcbur olurlar.

Vətəndaşların şikayətindən yola çıxaraq restoran rəhbərliyi ilə əlaqə saxladıq. Bildirildi ki, sözügedən restoranın ərazisinin genişləndirilməsi üçün müvafiq qurumlardan icazə alıblar. Lakin heç bir sənəd təqdim edilmədi.

Məsələ ilə bağlı Yasamal Rayon İcra Hakimyyəti ilə əlaqə saxlamağa çalışsaq da, suallarımıza cavab verilən tapılmadı.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
42
2
xezerxeber.az

3Mənbələr