AZ

Türkan çimərliyində batan gənclər belə xilas edildilər - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində 2 nəfərin dənizdə nəzarətsiz ərazidə batma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

Bizim.Media xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb edilib.

Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində dənizdə batma təhlükəsində olan 2008-ci il təvəllüdlü Qurbanov Firudin Alxas oğlu və 2009-cu il təvəllüdlü Cəfərov İzzət Eldəniz oğlu dalğıc-xilasedicilər tərəfindən xilas edilərək təhlükəsiz əraziyə çıxarılıblar.



Bizim.Media

Seçilən
29
23
bizim.media

10Mənbələr