AZ

Nərimanovda 1 saat işıq olmayacaq

Nərimanov rayonunda yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Bu barədə Publika.az-a “Azərişıq” ASC-dən bildirilib.

İyulun 17-də Nərimanov Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində yerləşən 110/35/10 kV-luq 227 nömrəli yarımstansiyasında təmir işləri aparılacaq. Bununla əlaqədar olaraq saat 20:00-dan 21:00-dək Nərimanov rayonunun bəzi hissələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Seçilən
108
10
publika.az

10Mənbələr