AZ

Pakistanda musson fəlakəti: Ölənlərin sayı 180-ə çatıb

Cənubi Asiyaya təsir edən musson yağışları Pakistanda can almaqda davam edir.

Hər il bu dövrdə güclü yağışlar yaşayan ölkədə builki musson mövsümü daha dağıdıcı başlayıb.

Leysanların yaratdığı fəlakət xüsusilə Pəncab əyalətində böyük dağıntılara səbəb olub, ölənlərin sayı isə günü-gündən artır.

Pakistanın Milli Fəlakət İdarəsi Agentliyi (NDMA) Pəncab əyalətində yağan güclü yağışlar nəticəsində son 24 saatda 63 nəfərin həyatını itirdiyini, 290 nəfərin isə yaralandığını bildirib.

Ölkə üzrə musson yağışları nəticəsində ölənlərin ümumi sayının 180-ə çatdığı bildirilib.

Seçilən
17
aznews.az

1Mənbələr