Dövlət İmtahan Mərkəzi (DİM) II və III ixtisas qrupları üzrə iyulun 6-da keçirilmiş qəbul imtahanının nəticəsini elan edib.
Yenisabah.az xəbər verir ki, 41 484 abituriyentdən (II qrup üzrə 18014 nəfər, III qrup üzrə 23470 nəfər) 1160 nəfər (II qrup üzrə 616 nəfər, III qrup üzrə 544 nəfər) imtahanda iştirak etməyib. 12 nəfər qaydaları pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.
Bu imtahanda II ixtisas qrupu üzrə ən yüksək nəticəni 388.3 bal toplayan Bakı şəhər 89 saylı tam orta məktəbin məzunu Eldar Mansurov göstərib. O, imtahanın birinci mərhələsində 278.7 bal toplayıb. pizza
Hər iki mərhələnin cəminə görə II ixtisas qrupu üzrə ən yüksək nəticəni isə 677.9 bal toplayan Bakı şəhər 83 saylı məktəb-liseyin məzunu Nilufər Zeynallı göstərib. O, imtahanın birinci mərhələsində 291.1 bal, ikinci mərhələsində isə 386.8 bal toplayıb.
Bu imtahanda III ixtisas qrupu üzrə ən yüksək nəticəni 397 bal toplayan Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziyanın məzunu Aytac Ənvər Baxşəliyeva göstərib. O, hər iki mərhələnin cəminə görə III ixtisas qrupu üzrə 691.8 bal toplamaqla ən yüksək nəticəni göstərən abituriyentdir. A. Baxşəliyeva imtahanın birinci mərhələsində 294.8 bal toplayıb.
Xatırladaq ki, imtahanın I mərhələsində maksimal olaraq 300, II mərhələsində isə 400 bal toplamaq mümkündür. Müsabiqə hər iki mərhələdə toplanılan balların cəminə görə aparılır.
Telegram kanalımız