AZ

Ədliyyə nazirinin müavini Hanoyda vyetnamlı həmkarı ilə görüşüb

Ədliyyə nazirinin müavini Toğrul Hüseynov Vyetnama səfəri çərçivəsində vyetnamlı həmkarı Nguyen Thanh Tinh ilə görüşüb.

Ədliyyə Nazirliyinin Mətbuat xidmətindən Operativ Media-ya verilən xəbərə görə, görüş zamanı iki ölkə arasında iqtisadi, sənaye və digər sahələrdə dostluq və qarşılıqlı etimada əsaslanan əlaqələrin inkişafı məmnunluqla qeyd olunub, hüquqi sahədə əməkdaşlığın dərinləşdirilməsinin vacibliyi vurğulanıb.

Tərəflər bu ilin may ayında imzalanmış “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Vyetnam Sosialist Respublikasının Ədliyyə Nazirliyi arasında 2025-2027-ci illər üçün Əməkdaşlıq Proqramı”nın icrası barədə müzakirələr ediblər.

phrase_var_article.chosen
73
50
operativmedia.az

10phrase_var_article.sources