AZ

Zərdabda yabanı halda bitən çətənə bitkiləri məhv edilib

Bakı, 17 iyul, AZƏRTAC

Zərdab Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş 2025” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər çərçivəsində rayonun Bıçaqçı kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar olunub.

Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, ümumi çəkisi 1 ton 480 kiloqram olan 1985 ədəd çətənə bitkisi yandırılaraq məhv edilib.

Seçilən
25
4
azertag.az

10Mənbələr