İyunda avrozonada istehlak qiymətləri (İQİ) illik müqayisədə 2% artıb.
Bakues.az “Bloomberg”ə istinadən xəbər verir ki, bu, Avropa İttifaqının statistika idarəsinin yekun hesabatında yer alıb.
Hesabata görə, bu göstərici daha əvvəl elan edilmiş məlumatlara və “Trading Economics” tərəfindən istinad edilən analitik konsensus proqnozuna uyğundur.
Avrozonada istehlak qiymətlərinin artımının Avropa Mərkəzi Bankının hədəfi daxilində olması tənzimləyicinin inflyasiyanı nəzarət altına almağa müvəffəq olduğunu göstərir.
Bildirilib ki, ərzaq, alkoqol və tütün məmulatlarının qiyməti may ayında 3,1% artıb. Enerji qiymətləri 2,6% azalıb, sənaye malları isə 0,5% artıb.
Asim