AZ

"Neftçi"nin yeni mövsüm üçün ÜÇÜNCÜ FORMASI

Yazını böyüt
Yazını kiçilt

"Neftçi" 2025/26 mövsümündə geyinəcəyi yeni üçüncü - alternativ formasını ictimaiyyətə təqdim edib.

Hafta.az xəbər verir ki, forma həm klubun ənənələrinə olan dərin bağlılığını, həm də yeniliklərə açıq olduğunu nümayiş etdirir.

Ənənəvi qara və ağ rənglərin sintezi ilə "Kappa" tərəfindən eksklüziv olaraq "Neftçi" üçün tikilən bu dəst zamansız klassikanı müasir dizayn elementləri ilə birləşdirərək zolaqlı formaya yeni baxış gətirir.

"Neftçi"nin əfsanəvi oyunçularının geyindiyi klassik üslub bu dəfə yenilənmiş formada təqdim olunub.

Arxa boyun hissəsindəki stilizə edilmiş "1937" nişanı klubun tarixini, ön tərəfdəki diaqonal zolaq isə ötən il yenilənən loqonun parçalarını xatırladır.

Seçilən
18
5
hafta.az

6Mənbələr