AZ

Ekspert Azərbaycanda genişzolaqlı internetin sürətinin iki dəfə artmasına aydınlıq gətirdi

Bakı.Trend:

Son bir ildə Azərbaycanda genişzolaqlı internetin sürəti ikidəfə artıb. Bəs bu artım istifadəçilər üçün real olaraq nə deməkdirvə vətəndaşlar bunu gündəlik həyatlarında hiss edirlərmi?

Böyük şəhərlərdə – xüsusən də Bakı, Gəncə, Sumqayıt kimiyerlərdə fiber-optik şəbəkələrin genişlənməsi və müasirtexnologiyaların tətbiqi sayəsində bu fərq daha aydın hissolunur.

İnternetin sürətinin artması, məsələn, videoların daha tezaçılması, faylların sürətli yüklənməsi və gecikmələrin azalmasıkimi konkret üstünlüklərlə özünü göstərir.

Mövzu ilə bağlı Trend-ə açıqlamasında Azərbaycan İnformasiya vəKommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının sədri ElvinAbbasov bildirib ki, son bir ildə Azərbaycanda genişzolaqlıinternetin sürətində baş verən 104%-lik artım ölkənin rəqəmsalinkişaf sahəsində atdığı strateji addımların uğurlunəticəsidir.

Onun sözlərinə görə, “Ookla”nın iyun ayı üzrə hesabatı göstərirki, orta sürət 81.36 Mbit/s-ə çatıb, bu da 2023-cü ilin iyunundaolan 39.87 Mbit/s göstəricisindən iki dəfədən artıqdır:

“Azərbaycanın bu dövrdə beynəlxalq reytinqdə 4 pillə irəliləməsitəkcə texniki göstəricilərin yaxşılaşmasını deyil, davamlı vəməqsədyönlü siyasətin real nəticəyə çevrildiyini göstərir. Ənönəmlisi isə budur ki, bu inkişaf yalnız paytaxtlaməhdudlaşmayıb.

Bakı şəhərində sürət 91% artaraq 78.78 Mbit/s-ə çatsa da, ölkəüzrə ortalamanın daha yüksək olması regionların bu inkişafda mühümrol oynadığını sübut edir. Bu isə o deməkdir ki, “OnlaynAzərbaycan” kimi infrastruktur layihələri nəticəsində regionlarlamərkəz arasında uzun illər mövcud olmuş “rəqəmsal uçurum”əhəmiyyətli dərəcədə azalıb”.

Ekspert vurğulayıb ki, digər ölkələrlə müqayisədə Azərbaycanüçün bu nəticə daha diqqətçəkicidir.

“Çünki əksər ölkələrdə yüksək sürət, əsasən, iri şəhərlərdəmüşahidə olunur, regionlarda isə ciddi fərqlər qalmaqdadır. Bizdəisə bu tarazlığın tədricən bərpa olunması, internetin sürəti vəkeyfiyyətində əraziyə görə fərqin azalması inklüziv rəqəmsalinkişafın göstəricisidir.

Əlbəttə, vətəndaşların bu sürət artımını hiss etməsi istifadəetdikləri provayderdən, texnologiyadan (ADSL, LTE, fiber-optik),daxili infrastrukturdan və yerləşdikləri ərazidən asılıdır. Lakinbu gün artıq rayon mərkəzlərində və bəzi kəndlərdə belə fiber-optikbağlantılarla 100 Mbit/s və daha yüksək sürət əldə etmək mümkündür.Bu, həm təhsil, həm biznes, həm də dövlət xidmətlərinə çıxışbaxımından regionlarda yeni imkanlar yaradır.

Nəticə etibarilə, bu artım yalnız bir texnoloji nailiyyət deyil,həm də sosial-iqtisadi bərabərliyin, inklüzivliyin və rəqəmsalsuverenliyin təmin olunması istiqamətində əhəmiyyətli addımdır.Qarşıda duran əsas hədəf bu inkişafın davamlılığını təmin etmək,istifadəçi təcrübəsini yüksəltmək və rəqəmsal savadlılığıartırmaqla bu imkanlardan maksimum səmərə əldə etməkdir”.

Seçilən
72
az.trend.az

1Mənbələr