AZ

Qazaxıstan "Bir kəmər, bir yol" layihəsinə ən çox investisiya yatıran ölkədir

"Bir kəmər, bir yol" təşəbbüsünə daxil olan ölkələrdə Çin şirkətlərinin yeni investisiya və tikinti müqavilələrinin dəyəri rekord həddə çatıb. 

Valyuta.az xəbər verir k, bu barədə "Financial Times" Avstraliya Qriffit Universiteti və Çin Yaşıl Maliyyə və İnkişaf Mərkəzinin araşdırmasına istinadən məlumat yayıb. 

Ən böyük sərmayə Qazaxıstanda olub. Ekspertlərin fikrincə, “Bir kəmər, bir yol” çərçivəsində əməliyyatların və investisiyaların ümumi dəyəri artıq 1,3 trilyon dolları ötüb. Bu məbləğə 775 milyard dollarlıq tikinti müqavilələri və 533 milyard dollarlıq qeyri-maliyyə investisiyaları daxildir. 2025-ci ilin birinci yarısında layihəyə investisiyalar 124 milyard dollar təşkil edib, 176 əqd bağlanıb (bütün 2024-cü il üçün investisiyalar 122 milyard dollar təşkil edib).

2025-ci ildə Qazaxıstan bütün "Bir kəmər, bir yol" tərəfdaşları arasında ən çox investisiya yatırıb - 23 milyard dollar. Regionlar üzrə investisiya və tikinti müqavilələrinin ümumi dəyəri ən yüksək Afrika (39 milyard dollar) və Mərkəzi Asiyada (25 milyard dollar) olub.

Çinin “Bir kəmər, bir yol” təşəbbüsü logistika, infrastruktur və ticarətin inkişafı strategiyasıdır. Onu 2013-cü ilin sentyabrında Çin sədri Si Szinpin təqdim edib. Təşəbbüsə 150-dən çox ölkə qoşulub. Beynəlxalq Valyuta Fondunun məlumatına görə, 2018-2023-cü illərdə Çinin xaricdəki aktivləri 50%-dən çox artıb. Müqayisə üçün qeyd edək ki, ABŞ üçün artım cəmi 21% təşkil edib.

Paşa Məmmədli
 

Seçilən
61
50
valyuta.az

10Mənbələr