Bakı. Trend:
Avropa İttifaqı (Aİ) ölkələrinin 2025-ci ilin iyun ayında borukəməri ilə təbii qaz idxalı illik ifadədə 12 faiz azalaraq 11,5milyard kubmetr təşkil edib.
Bu barədə TrendQaz İxrac Edən Ölkələr Forumu (GECF) istinadən məlumat verir.
GECF-in məlumatına görə, bu göstərici əvvəlki ayla müqayisədə də5 faiz azdır. Bütün tədarükçülər arasında yalnız Azərbaycan iyunayında Aİ-yə boru kəməri ilə qaz ixracında aylıq artım qeydə alıb.Norveçdən idxal isə planlaşdırılmış illik profilaktik işlərsəbəbindən azalmağa davam edib.
“Hesabatın” mətnində qeyd olunur ki, 2025-ci ilin ilk yarısındaAİ-yə boru kəməri ilə qazın ümumi idxalı 71 milyard kubmetr təşkiledib ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 10 faizazdır. Eyni zamanda, Əlcəzairdən boru kəməri ilə qaz tədarükü illikifadədə 2 faiz artıb, digər bütün tədarükçü ölkələrdən idxal isəazalıb. 2025-ci ilin iyun ayında Aİ-yə boru kəməri ilə qaz ixracedən beş ən iri tədarükçü ölkədən heç biri illik ifadədə tədarüküartırmayıb.
2025-ci ilin yanvar-iyun aylarında Almaniyaya boru kəməri iləqaz idxalı illik ifadədə 5 faiz artaraq regionun ümumi idxalınındemək olar ki, dörddəbirini təşkil edib. Belçikaya idxal isə 1 faizartıb və bunun nəticəsində 2025-ci ilin iyun ayına qədər bu ölkəAİ-nin boru kəməri ilə qaz idxalında üçüncü yeri tutub. İtaliyayatədarük ötən illə müqayisədə demək olar dəyişməyərək Aİ-nin 2025-ciildə boru kəməri ilə qaz idxalının 15 faizini təşkil edib.
Əlcəzairdən boru kəməri ilə qaz ixracı İtaliya və İspaniyaya –Avropanın iki əsas istiqamətinə – illik ifadədə 2 faiz artıb.Bundan əlavə, 2025-ci ilin aprel ayından etibarən BirləşmişKrallıqdan Aİ-yə interkonnektor qaz kəmərləri vasitəsilə boruqazının xalis axınında kəskin artım müşahidə olunur: 2025-ci ilinbirinci yarısında bu istiqamətdən ixrac illik ifadədə 15 faizartaraq 2,5 milyard kubmetrə çatıb.
Qeyd edək ki, Azərbaycan Avropaya qazı Cənub Qaz Dəhlizinin birhissəsi olan Transadriatik boru kəməri vasitəsilə çatdırır. Bukəmərin ilkin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr təşkiledir və bu göstəricini 20 milyard kubmetrə qədər artırmaqpotensialı mövcuddur.