AZ

Tramp ABŞ-də “sürət qatarı” xəttinin maliyyələşməsini dayandırıb

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp San-Fransisko ilə Los-Ancelesarasında yüksək sürətli dəmir yolunun tikintisi üçün Kaliforniyadanəzərdə tutulan federal maliyyələşdirmənin dayandırıldığını elanedib.

Trend bu barədəABŞ KİV-ə istinadən xəbər verir.

Məlumata görə, bu layihə 2008-ci ildə Kaliforniyanın o zamankıqubernatoru Arnold Şvartseneggerin təşəbbüsü ilə başlamışdı. Tramplayihənin artan xərclərini və icra müddətinin uzanmasını tənqidedib.

“ABŞ-nin vergi ödəyən zəhmətkeş vətəndaşlarına böyükməmnuniyyətlə bəyan edirəm ki, bu qiyməti fəlakətli dərəcədəşişirdilmiş Kaliforniya "heç yerə gedən yüksək sürətli qatarı" üçünmaliyyələşdirmədən rəsmi olaraq azad olunurlar. ...Bizə vəd olunandəmir yolu hələ də yoxdur və olmayacaq.Bu layihə həddindən artıqbaha başa gələn, çoxsaylı tənzimləmələrlə yüklənmiş və bu günəqədər həyata keçirilməmiş bir təşəbbüsə çevrildi. ABŞ-ın nəqliyyatnaziri Şon Daffinin sayəsində federal büdcədən bu dələduzluğa artıqbir sent belə ayrılmayacaq”, – Tramp “X” platformasında yazıb.

Məqalədə:
Seçilən
83
az.trend.az

1Mənbələr