BAKI, 17 iyul. TELEQRAF
Mərkəzi Bank “Qala Sığorta” ASC və “AzSığorta” ASC-yə icrası məcburi sərəncam verdi.
Mərkəzi Bankdan Teleqraf-a verilən məlumata görə, hər iki sığorta şirkətində aparılan monitorinq zamanı müstəqil ekspertlərlə mülki-hüquqi müqavilələrin bağlanmaması aşkarlanıb. Bununla da “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 102-ci maddəsinin tələblərinə əsasən, sğzügedən sığorta şirkətlərinə icrası məcburi sərəncamlar verilib.
Əlavə olaraq, AMB-nin monitorinqi zamanı reyestrə daxil edilmiş bir sıra müstəqil ekspertlərin reyestr məlumatlarının yenilənməməsi və icbari sığorta növü üzrə fəaliyyətin İcbari Sığorta Bürosunun sistemi vasitəsilə həyata keçirməməsi ilə əlaqədar olaraq həmin müstəqil ekspertlərə “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 102-ci maddəsi əsasında icrası məcburi göstəriş verilib.