Azərbaycan Mərkəzi Bankı (AMB) ilə Əbu-Dabi Qlobal Bazar Maliyyə Xidmətlərinin Tənzimləyici Orqanı arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
AzNews.az bu barədə AMB-yə istinadən xəbər verir.
Memorandum çərçivəsində qurumlar arasında maliyyə texnologiyaları və xidmətləri, kapital bazarları və digər müvafiq sahələr üzrə əməkdaşlığın dərinləşdirilməsi nəzərdə tutulub.
"Beləliklə, qeyd olunan sahələr üzrə təcrübə və məlumat mübadilələrinin aparılması, təlim, seminar, həmçinin tədqiqat xarakterli səfərlər və peşəkar inkişaf fəaliyyətlərinin təşkilinin həyata keçirilməsi diqqətdə saxlanılacaq. Bu əməkdaşlıq beynəlxalq təcrübənin öyrənilməsi və qabaqcıl tənzimləyici yanaşmaların tətbiqi baxımından mühüm imkanlar yaradacaq", - məlumatda deyilir.