AZ

Gürcü spiker: Brüssel bizi kişinin qadın ola biləcəyini bəyan etməyə çağırır

“Brüssel yenə də bizi çətin dilemma qarşısında qoyur: sanki vizasız rejim üçün Yerin yastı olmasını söyləmək lazımdır. Bu, Avropa dəyərlərinə uyğun deyil”.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Avropa Komissiyasının tövsiyələrindən biri “Ailə dəyərləri və yeniyetmələrin hüquqlarının qorunması haqqında” Qanunla bağlıdır.

“Bu qanunun əsas məsələsi odur ki, qadın kişi, kişi isə qadın ola bilməz. Brüssel bizi çağırır ki, kişinin qadın ola biləcəyini bəyan edək”, - spiker söyləyib.

Ş.Papuaşvilinin sözlərinə görə, daha bir tövsiyə “Xarici təsirin şəffaflığı haqqında” Qanunla bağlıdır:

“Biz bilirik ki, Gürcüstanda radikalizm, ekstremizm, partiyalar və onlara mənsub KİV Avropa İttifaqı tərəfindən maliyyələşdirilib. Görünən odur ki, məhz Brüssel onların pullarının hara sərf olunduğunu bilməyimizi istəmir. Brüssel yalnış ideologiyaları digər cəmiyyətlərə zorla qəbul etdirməyə çalışır”.
phrase_var_article.chosen
94
7
sherg.az

7phrase_var_article.sources