Almaniyanın Duysburq şəhərində 32-ci Ümumdünya Yay Universiadasının (FİSU) açılış mərasimi keçirilib.
Offsideplus.az xəbər verir ki, atəşfəşanlıqla başlayan tədbirdə Şimali Reyn və Vestfaliya regionunun baş naziri Hendrik Vüst çıxış edərək idmançılara uğurlar arzulayıb.
Daha sonra iştirakçı ölkələrin paradı olub.
Paradda Azərbaycan idman nümayəndə heyətinin bayraqdarları bədii gimnast Ləman Əlimuradova və taekvondoçu Eltac Qafarov olublar.
Qeyd edək ki, Universiadada Azərbaycan 12 idman növü üzrə 71 idmançı ilə təmsil olunur.