AZ

5 İyul Yaddaş muzeyinin rəsmisi: Türk xalqları ölkələrini qorumaq üçün birlikdə mübarizə aparmalıdır

İSTANBUL, 17 iyul. TELEQRAF

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi tərəfindən Demokratiya və Milli Birlik Günü münasibətilə keçirilən media proqramı çərçivəsində xarici jurnalistlər 15 İyul Yaddaş muzeyini ziyarət ediblər.

Teleqraf-ın İstanbula ezam olunan əməkdaşı xəbər verir ki, ziyarətdə Türkiyənin 81 vilayətindən 81 yerli media nümayəndəsi və 41 ölkədən 120 beynəlxalq jurnalist olmaqla, ümumilikdə 200 media nümayəndəsi iştirak edib. Ziyarət çərçivəsində 15 İyul Yaddaş muzeyinin rəsmisi, sənət tarixçisi Muhammet Yıldız deyib ki, türk xalqları ölkələrini qorumaq üçün birlikdə mübarizə aparmalıdır: "Həll yolunu Qərbdə axtarmamalıdır.İyulun 15-də Türkiyədə xaincə çevrilişə cəhd olunsa da, xalq tank qarşısına keçərək terrorçuları məğlub etdi. Müxtəlif dövrlərdə bəzi qüvvələr hakimiyyəti ələ keçirmək üçün bu kimi cəhdlər edirlər. Ancaq xalqımız tankın qarşısında dayanaraq Türkiyədə bu cəhdin qarşısını aldı. Azərbaycan hər məsələdə olduğu kimi çevriliş zamanı da Türkiyəyə dəstək oldu. İki ölkənin hər məsələdə birgə müqaviməti və mübarizəsi mövcuddur. Xüsusilə xalqı müsəlman olan ölkələr bu kimi çevriliş cəhdlərinə qarşı necə mübarizə aparacaqları mövzusunda fikir mübadiləsi aparmalıdırlar. Əks halda Qərb qarşısında təklənərik".

Seçilən
21
teleqraf.com

1Mənbələr