Pakistanın müxtəlif bölgələrində musson yağışlarının səbəb olduğu daşqınlar nəticəsində son 24 saat ərzində 54 nəfər həyatını itirib.
Operativ Media Pakistanın Təbii Fəlakət Agentliyinə istinadən xəbər verir ki, daşqınlarda 227 nəfər xəsarət alıb.
Ölənlərin əksəriyyətinin Pəncab vilayətindən olduğu bildirilir.