AZ

Azərbaycan diasporunun rəhbərinin oğlu mənim bildirişimlə saxlanılıb – Rusiyalı deputat – FOTO

Azərbaycan diasporunun rəhbərinin oğlunun saxlanması mənim bildirişimlə olub.

İnterpress.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının deputatı Sergey Mironov öz sosial media hesabında yazıb.

Mironov bildirib ki, Uraldakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu məhz onun “tələbi ilə” saxlanılıb.

O, həmçinin əlavə edib ki, Rusiyadakı bütün Azərbaycan diasporunun, o cümlədən Moskvanın “Sadovod” və “Fod City” bazarları kimi iri obyektlərin yoxlanılmasını gözləyir.

“Bu, yalnız başlanğıcdır”, – Mironov azərbaycanlılara qarşı aqressiyasını gizlətməyib.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
80
1
interpress.az

2Mənbələr