AZ

Vəkillər vətəndaşlara növbəti pulsuz hüquqi yardım göstərdi - FOTO

Konstitusiya və Suverenlik İli" çərçivəsində Milli Məclislə Vəkillər Kollegiyası (VK) arasında əməkdaşlıq çərçivəsində aztəminatlı şəxslərə pulsuz hüquqi yardımın göstərilməsi istiqamətində Bakı şəhərində sakinlərlə görüş keçirilib.
 
Moderator.az xəbər verir ki, iyulun 16-da paytaxtın Yasamal rayonu, Heydər Əliyev Mərkəzində deputat Ülvi Quliyevin təşəbbüsü və VK-nın dəstəyi ilə aztəminatlı şəxslərə pulsuz hüquqi yardım göstərilib.
 
“Pro Bono” Vəkil Bürosunun vəkillərinin iştirak etdiyi aksiyada 15-ə yaxın vətəndaşa müxtəlif hüquq sahələri üzrə məsləhətlər verilib, onların müraciətləri dinlənilib və aidiyyəti üzrə yönləndirilib.
 
Müraciətlərin əksəriyyəti inzibati işlər, mülkiyyət hüququ, torpaq mübahisələri, əlilliyin təyin olunması, aliment tələbi və digər sosial məsələlərlə bağlı olub.
Seçilən
73
22
moderator.az

10Mənbələr