Demokratik, hüquqi, dünyəvi dövlət quruculuğunda böyük nailiyyətlər qazanan ölkəmizdə hər kəsin dini əqidəsini ifadə etmək və yaymaq hüququnun, bütövlükdə konstitusion normalarla tənzimlənən vicdan azadlığının tam bərqərar olunması üçün bütün zəruri tədbirlər görülüb. Ölkənin qanunları, milli və ictimai təhlükəsizlik maraqları rəhbər tutulmaqla hüquq mühafizə, xüsusi xidmət orqanları, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və digər aidiyyəti dövlət qurumları ilə qarşılıqlı əlaqədə vicdan azadlığından sui-istifadə cəhdlərinin, dini radikalizmin, fanatizmin, ekstremizmin qarşısının alınması istiqamətində daxili işlər orqanları tərəfindən qətiyyətli tədbirlər həyata keçirilir.
Azərbaycan dövləti günümüzdə də dini tolerantlığın nümunəvi modelidir. Azərbaycanın din tarixinə qısaca nəzər salınsa və hazırkı dini durum təhlil edilsə bu qədim torpaqda tarixən şamanlıq, atəşpərəstlik, zərdüştlük kimi çoxallahlı dinlərlə yanaşı islam, xristianlıq və yəhudilik kimi təkallahlı dinlərin yanaşı mövcüd olduğunu və bu dinlərin Azərbaycan xalqının tolerantlıq keyfiyyətinin formalaşmasında kifayət qədər təsiri olduğunu görməmək mümkün deyil. Bu gün Azərbaycan Respublikasında din-dövlət münasibətləri Azərbaycan Respublikasının Konstitusiyası, “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının qanunu və bu qanuna edilmiş dəyişikliklər və əlavələr, habelə digər normativ aktlara əsasən tənzim edilir. Konstitusiyanın 7-ci maddəsində göstərilir: “Azərbaycan demokratik, hüquqi, dünyəvi, unitar respublikadır”. Konstitusiyanın 18-ci maddəsində isə qeyd olunur: “Azərbaycan Respublikasında din dövlətdən ayrıdır. Bütün dini etiqadlar qanun qarşısında bərabərdir. İnsan ləyaqətini alçaldan, insanpərvərlik prinsiplərinə zidd olan dinlərin yayılması və təbliği qadağandır. Dövlət təhsil sistemi dünyəvi xarakter daşıyır”. Konstitusiyanın 48-ci maddəsi vicdan azadlığı prinsipini əks etdirir: “Hər kəsin vicdan azadlığı vardır. Hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibətilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır. Dini mərasimlərin yerinə yetirilməsi, ictimai qaydanı pozmursa və ya ictimai əxlaqa zidd deyildirsə, sərbəstdir. Dini etiqad və əqidə hüquq pozuntusuna bəraət qazandırmır”.
Bu və ya digər prinsiplər işin hüquqi tərəfidir. Azərbaycan yeganə müsəlman ölkəsidir ki, burada İslam məzhəblərarası ziddiyyətləri nəzərəçarpacaq halda olmamışdır.
Eyni zamanda, Azərbaycan bəlkə də dünyanın yeganə ölkəsidir ki, burada yəhudi və İslam inanclı insanlar bir-biri ilə doğma, mehriban şəkildə yaşayırlar. Azərbaycan insanı başqa irqdən, dindən olanlara qarşı açıqdır. İrqi, dini diskriminasiya bu xalqın psixologiyasına yaddır. Azərbaycanda xristianlıq özünün pravoslavlıq, katoliklik və protestantlıq qolları, habelə müxtəlif sektant icmaları, pravoslavlıq rus və gürcü pravoslav kilsələri ilə təmsil olunur. Ölkədə, xüsusilə Bakıda müsəlmanların və digər dindən olan şəxslərin bir qismi İsa peyğəmbərin doğum günündə kilsəni hörmət məqsədi ilə ziyarət edirlər. Bu onu göstərir ki, Azərbaycanda insanlıq, qardaşlıq amili hər şeyin fövqündədir. Azərbaycanda xristianlara qarşı heç bir diskriminasiya yoxdur. Əksinə münasibətlər olduqca yaxşı, xoşagələndir.
Bir sözlə, tarixi reallıq və ənənələri nəzərə almaqla Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyasını sürətlə dəyişən dünyanın geosiyasi reallıqlarına uyğun olaraq davam etdirən Prezident İlham Əliyev Azərbaycan Respublikasını tarixinin mürəkkəb sınaq dövrünü yaşayan müsəlman dünyasının bir sabitlik adasına çevirə bilmişdir. Azərbaycan multikulturalizm və dini tolerantlığın unikal məkanına çevrilmişdir.
Dini, ictimai-siyasi, eyni zamanda, maliyyə sabitliyi, psixoloji sabitlik özünü Azərbaycan cəmiyyətindəki ümumi sabitlikdə büruzə verir. Təbii ki, həyata keçirilən sosial-iqtisadi islahatlar, Prezidentin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi uğurlar hər sahəyə olduğu kimi, ictimai-siyasi və sosial həyatla ciddi bağlı olan din sahəsinə də müsbət təsir edib. Azərbaycanın ictimai-siyasi həyatında dini sabitlik faktiki olaraq digər ölkələrlə müqayisədə özünü daha qabarıq şəkildə göstərir. Bu gün Azərbaycan vətəndaşı "Dini etiqad azadlığı haqqında" qanunun ona verdiyi imkanlardan tam şəkildə istifadə edə bilir, ölkədə konfessiyalar arasında hər hansı qarşıdurma müşahidə olunmur. Bu gün Azərbaycan dünyada tolerantlıq nümunəsidir.
***
Araşdırmaçı jurnalist, dini mövzular üzrə mütəxəssis Rəsul Mirhəşimlinin fikrincə, Azərbaycan qədim dini-mədəni ənənələrə malik bir ölkə olaraq regionda mühüm əhəmiyyəti olan ölkədir. İslam dini bu torpaqlarda hicrətin (İslam təqviminə görə bu tarix müsəlmanların Məkkədən Mədinəyə köç etməyə məcbur olduğu 622-ci ildən başlayır və Hicri-qəməri təqviminin ilk ili hesab olunur – R.M) 18-25-ci illərindən yayılmağa başlayıb. Azərbaycanda İslam dininin təşəkkülündə əsas prinsip sülh müahidələrinin imzalanması olub. İslam dininin qəbul edilməsində sülh müqaviləsi anlayışı dinin zorla deyil, razılıq və qarşılıqlı anlaşma yolu ilə yayılmasını ifadə edir. Bu prinsipin əsas götürülməsi xalq arasında yayılmış “qılınc müsəlmanı” anlayışını arqumentsiz edir. Azərbaycanda İslam dininin sülh yolu yayılmasına təsir edən əsas amillərdən biri bu dinin qəbul etdirilməsində savaşdan daha çox sülhə üstünlük verilməsi ilə bağlıdır. İslam tarixində baş verən nümunələri xatırlatmalı olsaq, ilk növbədə İslam Peyğəmbəri Hz.Məhəmmədin (s) dövründə bağlanan Hudeybiyə sülh müqaviləsini göstərə bilərik. Qeyd edək ki, bu müqavilə müsəlmanlarla məkkəlilər arasında müharibəni dayandırıb və İslam dininin dinc şəkildə yayılmasına şərait yaradıb. Bu baxımdan, sülh müahidələri insanların İslam dininin mahiyyətini anlayaraq və könüllü qəbul etməsinə imkan verir. Belə yanaşma, İslamın təbliğində zorakılıqdan uzaq olduğunu göstərir: “Azərbaycan xalqı da dini daha çox mənəviyyat və əxlaq mənbəyi kimi qəbul edib, zorakı və fanatik təbliğatlara qarşı müqavimət göstərib. Bu tarixi zəmin üzərində formalaşan Azərbaycanın İslam modeli tolerantlıq, qarşılıqlı hörmət və birgəyaşayış kimi dəyərlərə əsaslanır. Azərbaycanda tolerantlıq ənənələrindən müsbət dəyər kimi bəhs edərkən bu ölkədə dini təbliğat adı altında həyata keçirilən xarici təsirləri də inkar etmək mümkün deyil. Yaxın tariximizdə Azərbaycan dövlətinin bu meyllərə qarşı apardığı ardıcıl və məqsədyönlü mübarizələr bu təhlükələrin qarşısını almağa yönəlib və böyük miqyasda bu təhlükələrin qarşısı alınıb.
Qeyd edək ki, bəzi dairələr, xüsusilə xarici radikal dini mərkəzlər vasitəsilə Azərbaycanda dini təbliğat adı altında yanlış və təhlükəli ideologiyaları yaymağa çalışıldığının da şahidi olmuşuq. Bu istiqamətdə dini savadsızlıq və məlumat boşluqları əsas zəif nöqtə kimi seçilir. Bir neçə il əvvəl Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin ozamankı sədri bu barədə çıxışlarında dəfələrlə xəbərdarlıq etmiş, bəzi gənclərin radikal qrupların təsiri altına düşməsinin əsas səbəbinin düzgün dini bilik çatışmazlığı olduğunu vurğulayıb. Bu təklifi əsas götürərək qeyd etmək yerinə düşər ki, bu kimi təhdidlərin qarşısını almaq üçün dini təhsil dövlətin nəzarəti altında, milli maraqlara uyğun şəkildə həyata keçirilməlidir. Bu sahədə ilk növbədə İlahiyyat İnstitutunun potensialından və tədris bazasından istifadə etmək daha faydalı olar”.
***
R.Mirhəşimli onu da vurğulayıb ki, cəmiyyətdə dinin rolu çox böyükdür və bu rolu nəzərə alaraq dinin tədrisinə xüsusi önəm verilməlidir. Çünki dinin tədrisi insanların həyatında düzgün istiqamət verilməsi, həmçinin cəmiyyətin sosial və mənəvi inkişafına müsbət təsir göstərə bilər. İlk növbədə, dini biliklərin tədrisi cəmiyyətin tərbiyəsində mühüm rol oynayır. Gənc nəsil bu biliklər vasitəsilə həyatın mənasını, əxlaqi dəyərləri və mənəvi prinsipləri daha dərindən dərk edə bilir.
Dini tədrisin başlanğıcı xüsusilə orta və ali məktəblərdə olmalıdır. Bu tədris yalnız dini ritualların və qaydaların ötürülməsi ilə məhdudlaşmamalı, müqayisəli şəkildə, rasional düşüncə üzərində qurulmalıdır. İnsanlarda analitik yanaşma tərzinin inkişafı, fərqli din və ideologiyaları anlama bacarığının formalaşdırılması vacibdir. Müxtəlif dinlər və mədəniyyətlər haqqında obyektiv və elmi yanaşmaların tədris edilməsi qarşılıqlı anlayışın və dözümlülüyün möhkəmlənməsinə yardım edər. Dini savadlılıq həm də radikal dini təbliğatların qarşısında güclü sipərdir. Qurani-Kərimin təbliğ etdiyi insanlıq, ədalət, mərhəmət, toleriantlıq və mənəvi dəyərlər təhsilin əsasını təşkil etməlidir: “Dinin cəmiyyətdə birləşdirici rolu da xüsusi vurğulanmalıdır. Müxtəlif etnik və dini mənsubiyyətlərə malik insanların yaşadığı Azərbaycanda dinin düzgün təbliği onların bir arada dinc və harmonik şəkildə yaşamasına xidmət edir. Din fərqli mədəniyyətlərdəki müsbət keyfiyyətləri bir araya gətirərək, insanlar arasında körpü yarada bilir. Bu isə cəmiyyətin vəhdətini qorumağa və möhkəmləndirməyə yardım edir.
Din və mənəvi dəyərlər cəmiyyətin müasir problemlərinin həllində də mühüm rol oynaya bilər. Sosial ədalətsizlik, ailə dəyərlərinin zəifləməsi, gənclərin kimlik axtarışında çaşqınlıq yaşaması kimi problemlər dini maarifləndirmə ilə yüngülləşdirilə bilər. Əsas önəmli faktor dini maarifləndirmə işində din xadimlərinin rolu xüsusilə mühüm olmasıdır. Cəmiyyətdə dini düşüncəsini həyat tərzinə çevirmiş, öz davranışı ilə nümunə olan ruhani şəxslərin bilik və təcrübələrindən geniş istifadə edilməlidir. Eyni zamanda, din adamlarının şəxsi davranışları, ictimai münasibətləri və dünyagörüşləri də cəmiyyətə nümunə təşkil edir. Onlarda görünən neqativ xüsusiyyətlər birbaşa olaraq dinin ictimai imicinə zərər vura bilər”.
Ən mühüm məqamlardan biri də gənclərə dinin yalnız bir inanc sistemi deyil, həm də həyat üçün bələdçi olan mənəvi və əxlaqi bir sistem olduğunu öyrətməkdir – deyən eksper onu da qeyd edib ki, dinin tədrisi yalnız fərdi mənəvi inkişaf üçün deyil, eyni zamanda ictimai harmoniya və ümumi tərəqqi üçün də vacibdir. Əhatəli və düzgün dini təhsil cəmiyyətin mənəvi dayanıqlığını gücləndirəcək, insanlar arasında etimad və anlayışı artıracaqdır. Bununla yanaşı, son dövrlərdə cəmiyyətdə İslamofobiya meyllərinin artması, xüsusilə sosial şəbəkələrdə inanclı insanlara qarşı nifrət, aşağılama və qərəzli münasibətlərin yayılması ciddi narahatlıq doğurur. Dini bayramlar və mühüm dini günlər zamanı belə halların daha da artması cəmiyyətin daxili birliyinə zərbə vurur. Bu yanaşmalar Azərbaycanın Konstitusiyasına və ümumbəşəri insani dəyərlərə tamamilə ziddir. Heç bir fərd dini inanclarına görə diskriminasiyaya məruz qalmamalıdır. Əgər bir insanın dini dünyagörüşü radikal və aqressiv deyilsə, bu onun hüququdur və ona hörmətlə yanaşmaq hər bir cəmiyyət üzvünün vəzifəsidir: “Nəticə olaraq, qeyd edək ki, Azərbaycanda ənənəvi İslamın qorunması, radikal dini ideologiyaların yayılmasının qarşısının alınması və sağlam dini mühitin inkişaf etdirilməsi üçün dövlət nəzarəti altında, elmi əsaslara söykənən dini tədris sistemi formalaşdırılmalıdır. Bu, yalnız dini maarifləndirmə deyil, həm də milli təhlükəsizlik, ictimai harmoniya və mənəvi sabitlik baxımından həyati əhəmiyyət daşıyır”.
***
Mövzu ilə bağlı danışan siyasi-dini şərhçi Tural İrfan isə deyib ki, bu gün Azərbaycand dövlət - din münasibətləri kifayət qədər qənaətbəxşdir. Dövlət tərəfindən dini konfessiyaların fəaliyyəti üçün dəstək göstərilir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin fəaliyyətində də bu dəstək, qayğı özünü göstərir. Ənənəvi İslam müəyyən mənada ölkəmiz üçün xarakterik olsa da bəzi mövzularda onun özünün də reforma, islahata ehtiyacı var. Məzhəbçilik, xurafat, mövhumat, dünyəviliyə etiraz, siyasətə qarışma halları təbii ki, yolverilməzdir. Fərq etməz ki, bu hallar ənənəvi yaxud qeyri - ənənəvi İslamla bağlanır. Dünyəvi dövlətin qanunlarına uyğun fəaliyyətini qurmalı olan dini icmalar bu istiqamətdə diqqətli olmalıdır. Bəzən xarici təsirlər nəticəsində müəyyən qruplar kənar teokratik rejimlərin din modelini tətbiq etməyə çalışır, bunun təbliğatını aparırlar. Xaricdə təhsil alan yaxud xaricdəki din xadimlərinə təqlid edən şəxslər onların fətvalarına uyğun hərəkət edirlər. Bu da dövlətimizin qanunları ilə ziddiyyət təşkil edir: “Ənənəvi İslam adı ilə xurafata, cəhalətə, məzhəbçiliyə, radikal dini cərəyanlara da meydan vermək olmaz. Özümüzün din modelimiz olmalıdır. Bu elmi, dini müzakirələrlə, tolerantlığımızın fonunda müasir tələblərə uyğun şəkildə formalaşmalıdır. Reform, islahatlar aparılmalıdır. Müasir düşüncəli, məzhəbçilikdən, cəhalətdən, xurafatdan uzaq ilahiyyatçılar, din xadimlər arasında bu ənənəni formalaşdırmaq lazımdır. Köhnə adətləri bu günə daşımaq, geriçiliklə iş olmaz. Elə olduqda boşluq yaranır və o boşluğu da xarici təsirlər doldurur. Xalqımızın milli kimliyinə, dövlətçilik ənənələrimizə uyğun, digər din və inancları da nəzərə alaraq milli İslam modelimiz formalaşdırılmalıdır”.
Fuad Hüseynzadə
Yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən “Zərərli xarici təsirlərə qarşı sayıqlığın artırılması” layihəsi çərçivəsində hazırlanıb və bu yazıda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər

13:59 | 19.07.2025