AZ

Bir ailə çayda BATDI

Yazını böyüt
Yazını kiçilt

Rusiyanın Vladimir vilayətinin Petuşin rayonunda üç nəfərdən ibarət ailə - ər, arvad və onların yeniyetmə oğlu Klyazma çayında batıb.

Bu barədə Regional Təhlükəsizlik Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Məlumata görə, iyulun 15-də başlamış axtarış-xilasetmə işləri Krutovo kəndi ərazisində aparılıb.

Atanın cəsədi həmin gün balıqçılar, ananın və 1992-ci il təvvəllüdlü oğulun meyiti isə iyulun 16-da xilasedicilər tərəfindən aşkarlanıb.

Fakt üzrə araşdırma aparılır. /Mk.ru/

Seçilən
90
hafta.az

1Mənbələr